Mançester derbisində qalib iki dəqiqə ərzində bəlli olub
Futbol üzrə İngiltərə çempionatının 16-cı turunun matçında “Mançester Yunayted” səfərdə “Mançester Siti”yə 2:1 hesabı ilə qalib gəlib.
“Sizinxeber.az” xəbər verir ki, görüş "Etihad" stadionunda baş tutub.
Oyunda ilk qolu "Mançester Siti"nin heyətində Yoşko Qvardiol vurub. Meydan sahibləri hesabı sonacan qoruya bilməyiblər.
Belə ki, "Mançester Yunayted"in futbolçuları Bruno Fernandeş (88-ci dəqiqə, penalti) və Amad Diallo (90-cı dəqiqə) qarşılaşmanın sonuncu dəqiqələrində hərəyə bir qol vurmaqla komandalarını önə çıxarıblar.
“Mançester Yunayted” turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb, Ruben Amorimin yetirmələrinin 22 xalı var. “Mançester Siti” 27 xalla 5-ci yerdədir. Növbəti mərhələdə “Mançester Yunayted” dekabrın 22-də “Bornmut”u, bir gün əvvəl isə “Mançester Siti” səfərdə “Aston Villa” ilə qarşılaşacaq.
Komandalar tarixdə 195 dəfə qarşılaşıblar. “Mançester Yunayted” 80-ci qələbəsini qazanıb, “Mançester Siti” 61 dəfə güclü olub, 54 matç heç-heçə ilə bitib.
Oxşar xəbərlər
“Mançester Siti” 2023-cü ili qələbə ilə başa vurdu - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
İngiltərə Premyer Liqası: "Mançester Yunayted" "Liverpul"la heç-heçə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Mançester Siti" ardıcıl beşinci dəfə məğlub olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Mançester Yunayted" çempionatın ilk turunun matçında "Fulhem"ə qalib gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Mançester Siti” yeni rekorda imza atıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












