Azərbaycan millisinin üzvü: "DÇ-2026-nın seçmə mərhələsində gücümüzü göstərmək istəyirik"
Seçmə mərhələdə gücümüzü göstərmək istəyirik.
Bunu "Sizinxeber.az"a açıqlamasında Azərbaycan millisinin futbolçusu Elvin Camalov deyib.
29 yaşlı yarımmüdafiəçi 2026-cı il dünya çempionatının seçmə mərhələsində qarşılaşacaqları yığmalar haqqında danışıb:
"Bizimlə eyni qrupda yer alan rəqiblərin hər biri güclüdür. Həmin matçlara qədər xeyli vaxtımız olacaq. Təlim-məşq toplanışlarında rəqibləri daha yaxşı təhlil edəcəyik. Öz oyunumuzu da inkişaf etdirmək üçün əlimizdən gələni etməliyik".
E.Camalov son zamanlar ümidləri doğrulda bilmədiklərini söyləyib:
"Azarkeşləri, hər kəsi üzmüşük. Biz də belə olmasını istəməzdik. Amma ümid edir və inanıram ki, özümüzdə bu gücü toplayacağıq. Komanda şəklində yenidən birləşib sonadək mübarizə apararaq əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində Fransa/Xorvatiya cütünün qalibi, Ukrayna və İslandiya ilə üz-üzə gələcək. Komanda ilk matçını 2025-ci il sentyabrın 5-də səfərdə İslandiyaya qarşı keçirəcək.
Oxşar xəbərlər
DÇ-2026: Azərbaycan millisinin seçmə mərhələdəki oyunlarının təqvimi müəyyənləşib
DÇ-2026: Azərbaycan millisinin seçmə mərhələdəki rəqibləri bəlli olub
Azərbaycan millisinin baş məşqçisi: "Elit-raunda vəsiqə qazanmaq istəyirik"
Ukrayna millisinin sabiq qapıçısı: "İslandiya və Azərbaycan milliləri bizim üçün ideal rəqiblərdir"
Santuş DÇ:2026-nın seçmə mərhələsində Azərbaycanın rəqiblərini dəyərləndirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













