Santuş DÇ:2026-nın seçmə mərhələsində Azərbaycanın rəqiblərini dəyərləndirib
"İndi daha vacibi rəqibləri yaxından tanımaqdır".
Apasport.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş deyib.
Təcrübəli mütəxəssis 2026-cı il dünya çempionatının seçmə mərhələsində qarşılaşacağımız rəqibləri dəyərləndirib: “Artıq püşk atılıb, heç nəyi dəyişmək mümkün deyil. İndi daha vacibi rəqibləri yaxından tanımaqdır. Fransa, yoxsa Xorvatiya ilə qarşılaşacağımız UEFA Millətlər Liqasının pley-off mərhələsindən sonra bəlli olacaq. Digər rəqiblərimiz isə Ukrayna və İslandiya seçmələridir. İndi ən önəmlisi komandamızı bu oyunlara hazırlamaqdır. Mart və iyunda rəsmi matçlarımızın olmaması yaxşı haldır. Qrup oyunlarına hazırlaşmaq üçün vaxtımız olacaq. Həmin dönəmlərdə yoldaşlıq görüşləri keçirəcəyik ki, yığmamız sentyabrda başlayacaq seçmə mərhələ matçlarına hazır olsun”.
Qeyd edək ki, Azərbaycan millisi püşkatmanın nəticəsinə əsasən D qrupunda yer alıb. Seçməmiz bu qrupda Fransa/Xorvatiya cütünün qalibi, Ukrayna və İslandiya ilə mübarizə aparacaq.
Oxşar xəbərlər
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasında püşkatmanı dəyərləndirib
Azərbaycan futbol millisinin DÇ: 2026-nın seçmə mərhələsindəki rəqibləri bu gün bəlli olacaq
ÇL-nin liqa mərhələsinin püşkü atılıb
DÇ-2026: Azərbaycan millisinin seçmə mərhələdəki rəqibləri bəlli olub
Fernandu Santuş azarkeşləri millinin oyununda da stadionu doldurmağa çağırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
