AFFA-nın əməkdaşı UEFA-nın seminarında iştirak edib
sizinxeber.az xəbər saytı

AFFA-nın əməkdaşı UEFA-nın seminarında iştirak edib


İsveçrənin Lozanna və Cenevrə şəhərlərində UEFA-ya üzv ölkələrin təhlükəsizlik xidmətinin əməkdaşları üçün seminar keçirilib.

"Sizinxeber.az" xəbər verir ki, tədbirdə AFFA-nın əməkdaşı – Beynəlxalq oyunlarda təhlükəsizlik üzrə baş mütəxəssis Elnur İbişov da iştirak edib.

“UEFA Təhlükəsizlik Konfransı – 2024” adlı seminarın açılış mərasimində UEFA-nın prezidenti Aleksander Çeferin və İsveçrə Futbol Assosiasiyasının prezidenti Dominik Blank çıxış ediblər.

Üç gün davam edən tədbirin ilk mərhələsi 2024-cü ildə təşkil olunan Avropa çempionatı, UEFA Avropa Liqası və UEFA Konfrans Liqası oyunlarında təhlükəsizliklə bağlı baş vermiş hadisələrə həsr olunub. Həmçinin matçlarda azarkeşlərin kütlə şəklində stadiona daxil olmaları, pirotexniki vasitəsilərin yandırılması, irqçi şüarların səsləndirilməsi, kənar şəxslərin meydançaya daxil olması, təhlükəsizlik əməkdaşlarının işlərində nöqsanlar və biletlərin yoxlanış qaydaları müzakirə olunub.

Son gündə UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında mübarizə aparan klubların təhlükəsizlik xidmətinin rəisləri müzakirələrdə iştirak ediblər.

Oxşar xəbərlər

AFFA-nın əməkdaşı UEFA-nın seminarına qatılıb
Azərbaycanın FIFA referisi UEFA-nın seminarında iştirak edəcək
UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqası Azərbaycanın iki kanalında yayımlanacaq
UEFA Azərbaycan klublarına ödəniş edib
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər