“Qarabağ” ilk dəfə Azərbaycan klubları arasında “EAFC 25”də yer alacaq
“Qarabağ” ilk dəfə Azərbaycan klubları arasında məşhur futbol simulyatoru olan “EAFC 25”də yer alacaq.
"Report" xəbər verir ki, Ağdam təmsilçisi “EA Sports” şirkəti tərəfindən hazırlanan oyunda “Rest of World league” (Digər dünya liqaları) bölməsində fərdi formada təmsil olunacaq.
“EA Sports FC 25” “Electronic Arts” tərəfindən istifadəyə verilən yeni futbol simulyasiya oyunudur. Bu, “EA Sports FC” seriyasının ikinci, ümumilikdə isə 32-ci buraxılışı olacaq.
Oyunun sentyabrın 27-də dünya üzrə oyun həvəskarlarının ixtiyarına verilməsi planlaşdırılır. Əlavə olaraq öncədən sifariş edənlər üçün oyun sentyabrın 20-də “Nintendo Switch”, “PlayStation 4”, “PlayStation 5”, “Windows”, “Xbox One” və “Xbox Series X/S” platformalarında əlçatan olacaq.
Oxşar xəbərlər
"Arsenal"ın qapıçısı Premyer Liqanın digər klubuna transfer olunacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
Prezidentin köməkçisi: "İcra hakimiyyətləri qarşısında yeni vəzifələr müəyyən edilib"
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
