Rusiyanın Krasnoyarsk diyarında 133 min hektardan çox meşə sahəsi yanır
sizinxeber.az xəbər saytı

Rusiyanın Krasnoyarsk diyarında 133 min hektardan çox meşə sahəsi yanır


Rusiyanın Krasnoyarsk diyarının şimalında meşə yanğınlarının sahəsi 133 min hektarı ötür.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə regional meşə yanğınları mərkəzi məlumat yayır.

"20 iyun 2026-cı il saat 08:45-ə (Bakı vaxtı ilə 05:45 - red.) olan operativ məlumata görə, diyarın ərazisində ümumi sahəsi 133,6 min hektar olan 93 meşə yanğını aktivdir", - məlumatda deyilir.

Ocaqlar Yenisey, Şimali Yenisey, Turuxan və Evenkiya dairələrində aktivdir.

Yaşayış məntəqələrinə təhlükənin olmadığı iddia edilir.

Regionda meşə yanğınlarının söndürülməsində 1,6 mindən çox insan, o cümlədən "Avialesoxrana"nın federal rezervinin regionlararası qüvvələri, həmçinin digər regionlardan olan aviasiya yanğınsöndürənləri iştirak edir.

Oxşar xəbərlər

Bu il Yakutiyada 3 milyon hektardan çox meşə yanıb
Buryatiya Respublikasında meşə yanğınlarının sahəsi bir gündə iki dəfədən çox artıb
Rusiyada meşə yanğınları güclənib
Kaliforniyada meşə yanğınlarının miqyası artıb
Rusiyanın regionunda meşə yanğınları səbəbindən fövqəladə vəziyyət rejimi elan edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər