CAR millisinin baş məşqçisi Hüqo Bross: "Taktiki cəhətdən hər şeyi düzgün etdik"
sizinxeber.az xəbər saytı

CAR millisinin baş məşqçisi Hüqo Bross: "Taktiki cəhətdən hər şeyi düzgün etdik"


Cənubi Afrika Respublikası (CAR) millisi DÇ-2026-nın qrup mərhələsinin III turunda, Cənubi Koreya ilə qarşılaşmada taktiki cəhətdən düzgün oynayaraq rəqibə boşluqlar verməyib.

"Sizinxeber.az" xarici mediaya istinadən xəbər verir ki, bunu komandanın baş məşqçisi Hüqo Bross A qrupunda keçirilən matçıdan (1:0) sonra deyib.

Mütəxəssis fantastik təcrübə yaşadıqlarını söyləyib:

"Bunun necə bir hiss olduğunu izah etmək çətindir. Bu, fantastik bir təcrübədir. Biz çox yaxşı oynadıq və qol vəziyyətləri yaratdıq. Taktiki cəhətdən hər şeyi düzgün etdik və Cənubi Koreya istədiyi boşluqları tapa bilmədi. Biz qol vurduq və daha sonra oyun 20 dəqiqə yüksək tempdə keçdi".

O, son illərdə yaxşı işlər gördüklərini vurğulayıb:

"Son 5 ildə etdiklərimiz heyrətamizdir. Belə uzun müddət birlikdə işləyəndə arada bir bağ yaranır və bu, məşqçi ilə futbolçular arasındakı adi münasibətdən daha üstündür. Biz artıq dostlaşmışıq. Sadəcə, bunun dadını çıxarmalıyıq".

Oxşar xəbərlər

Hon Myen Bo: "Qapıçının səhvi oyunun gedişatına mənfi təsir göstərdi"
Cənubi Koreya mundiallarda Avropa komandaları üzərində ardıcıl 3-cü qələbəsini qazanıb
"Ayaks"ın futbolçusu: "Qarabağ" taktiki və texniki cəhətdən yüksək formadadır"
Krunoslav Renduliç: Rəqiblə müqayisədə daha yaxşı çıxış etdik
Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç: "Təhlükəli rəqibə qarşı çətin oyun keçirdik"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər