Azərbaycanın bank sektorunun xalis mənfəəti 29 %-dən çox artıb
sizinxeber.az xəbər saytı

Azərbaycanın bank sektorunun xalis mənfəəti 29 %-dən çox artıb


Azərbaycanın bank sektoru bu ilin yanvar-may aylarında 557,1 milyon manat xalis mənfəət əldə edib.

"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29,35 % çoxdur.

Yanvar-may ayları ərzində bankların əməliyyat gəlirləri 3 milyard 44,3 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 12,7 % çox), əməliyyat xərcləri 2 milyard 172,9 milyon manat (27,3 % çox), xüsusi ehtiyatlara ayırmaları 179,5 milyon manat (9,7 % az), mənfəət vergisi ödəmələri isə 134,7 milyon manat (23,6 % çox) təşkil edib.

Oxşar xəbərlər

Azərbaycanın bank sektorunun xalis mənfəəti 7 % artıb
Azərbaycanın bank sektorunun xalis mənfəəti 15 %-ə yaxın azalıb
“Zıraat Bank Azərbaycan"ın mənfəəti azalıb
Azərbaycan BOKT-ları I yarımildə 13 milyon manatdan çox zərər edib
“Azərbaycan Beynəlxalq Bankı”nın xalis mənfəəti 10 %-ə yaxın azalıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər