İcarə avtomobili narkotikin təsiri altında idarə edən şəxs saxlanılıb
sizinxeber.az xəbər saytı

İcarə avtomobili narkotikin təsiri altında idarə edən şəxs saxlanılıb


Avtomobili psixotrop maddələrin təsiri altında idarə edən sürücü saxlanılıb.

Sizinxeber.az-nın cənub bürosunun verdiyi xəbərə görə, Lənkəran rayonu ərazisində hərəkətdə olan "Kia" markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Lənkəran ŞRPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib. Yoxlama zamanı sürücü H.Kəlbizadənin narkotik vasitədən istifadə etməsinə dair şübhələr yarandığından o tibbi müayinədən keçirilib. Nəticədə həmin şəxsin kirayə götürdüyü avtomobili psixotrop maddənin təsiri altında idarə etdiyi müəyyənləşib.
Bundan başqa, Lənkəran şəhəri ərazisində nəqliyyat vasitəsini dövlət qeydiyyat nişanlarından biri olmadan idarə olunan "Daewoo" markalı avtomobil yol polisi tərəfindən saxlanılıb. Müvafiq müayinə zamanı həmin avtomobilin sürücüsü Ş.Səfərlinin də narkotik vasitədən istifadə etdiyi müəyyən edilib.

Hər iki sürücü barəsində protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Oxşar xəbərlər

Avtomobili narkotik vasitənin təsiri altında idarə edən Astara sakini həbs edilib
Narkotikin təsiri altında motosiklet sürən şəxs saxlanılıb - VİDEO
Beyləqanda narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib
Qusarda avtomobili narkotik və spirtli içki təsiri altında idarə edən 21 sürücü aşkar olunub
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər