Qazaxıstanın Baş naziri: "İnvestisiya və texnologiyalar uğrunda rəqabət Avrasiya regionunun əhəmiyyətini artırır"
sizinxeber.az xəbər saytı

Qazaxıstanın Baş naziri: "İnvestisiya və texnologiyalar uğrunda rəqabət Avrasiya regionunun əhəmiyyətini artırır"


Avrasiya regionu iqtisadi artım və əməkdaşlıq üçün yeni imkanlar məkanı kimi xüsusi əhəmiyyət kəsb edir.

"Sizinxeber.az"un Almatıya ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə Qazaxıstanın Baş naziri Oljas Bektenovun Avrasiya İnkişaf Bankının (EDB) illik toplantısı və biznes forumunun iştirakçılarına ünvanlandığı müraciətində deyilir.

Müraciəti ölkənin maliyyə naziri Madi Takiyev səsləndirib.

Müraciətdə qeyd olunub ki, dünya iqtisadiyyatı dərin transformasiya dövründən keçir: ticarət marşrutları dəyişir, yeni istehsal zəncirləri formalaşır, investisiyalar, texnologiyalar və insan kapitalı uğrunda rəqabət güclənir:

"Bu şəraitdə Avrasiya regionu artım və əməkdaşlıq üçün yeni imkanlar məkanı kimi xüsusi əhəmiyyət kəsb edir. Bu gün Qazaxıstanın əsas kapitalına qoyulan investisiyaların demək olar ki, 70 %-ni sahibkarlıq sektoru təmin edir".

Baş nazir həmçinin ölkənin iqtisadi inkişafının dəstəklənməsində EDB-nin mühüm rolunu vurğulayıb:

"Bankın 2022–2026-cı illəri əhatə edən strategiyasının həyata keçirilməsi çərçivəsində investisiyaların ümumi məbləği 9,2 milyard ABŞ dollarına çatıb və bunun da 5,2 milyard dolları Qazaxıstan iqtisadiyyatına yönəldilib. Bu, bankın ötən 15 il ərzində ölkəyə yatırdığı investisiyaların həcmi ilə müqayisə oluna bilər".

Hökumət başçısının sözlərinə görə, Qazaxıstanla əməkdaşlıq birgə investisiya layihələrinin həyata keçirilməsi üçün geniş imkanlar açır:

"Xarici investisiyalar üçün açıq qapı siyasəti Qazaxıstanın strateji prioritetlərindən biri olaraq qalır".

Oxşar xəbərlər

Qazaxıstanın Baş naziri Aİİ-də alternativ nəqliyyat marşrutlarının yaradılması ilə bağlı çağırış edib
EDB Almatıda Avrasiyanın meqalayihələrini və yeni investisiya imkanlarını müzakirə edəcək
Rusiya Baş nazirinin müavini: "Şimal-Cənub" dəhlizi Avrasiya üçün strateji əhəmiyyətlidir"
Talqat Kaliyev: ABŞ-də Zəngəzur dəhlizi ilə bağlı əldə olunmuş razılaşmalar Avrasiya üçün mühüm əhəmiyyət kəsb edir
Erməni nazir: Avrasiya İqtisadi İttifaqından çıxmağı planlaşdırmırıq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər