ESCAP Mərkəzi Asiya və Azərbaycanın enerji sistemlərinin inteqrasiyasının mərhələli modelini təklif edir
sizinxeber.az xəbər saytı

ESCAP Mərkəzi Asiya və Azərbaycanın enerji sistemlərinin inteqrasiyasının mərhələli modelini təklif edir


Mərkəzi Asiyanı Azərbaycanla birləşdirəcək Transxəzər yaşıl dəhlizi bərpa olunan enerji mənbələrindən (BOEM) istehsal edilən artıq elektrik enerjisinin ixracı üçün uzunmüddətli strateji marşruta çevrilə bilər.

"Report"un Almatıya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu BMT-nin Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyasının (ESCAP) katibliyi layihələrinin rəhbəri Sergey Tulinov Avrasiya İnkişaf Bankının (EDB) illik iclası və biznes forumunda bəyan edib.

Onun sözlərinə görə, Mərkəzi Asiyada BOEM-in inkişafı mərhələli şəkildə həyata keçirilməlidir və bu da regional əməkdaşlıq imkanlarının tədricən genişləndirilməsinə və qarşılıqlı faydalı elektrik enerjisi bazarının formalaşdırılmasına şərait yaradacaq: "Birinci mərhələ mövcud qarşılıqlı fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsidir. İkincisi Avropada fəal şəkildə inkişaf edən "bir gün əvvəl" pilot bazarının işə salınması ilə bağlıdır. Üçüncü mərhələ ilə real vaxt rejimində elektrik enerjisi bazarının yaradılmasını və sistem xidmətlərinin inkişafını nəzərdə tutulur. Dördüncüsü isə gücün kifayət edib-etməyəcəyinə dair regional qiymətləndirilmə, müxtəlif resursların enerji sisteminin etibarlılığına töhfəsinin tanınması və əlçatan və çatdırılan gücün ödənilməsi mexanizmlərinə əsaslanan ümumi güc bazarının formalaşdırılması ilə əlaqədardır".

S.Tulinov vurğulayıb ki, belə ardıcıllıq vaxtından əvvəl qərarların risklərini azaltmağa və regionun enerji sistemlərinin inteqrasiyası üçün davamlı əsas yaratmağa imkan verir: "Mərkəzi Asiya bir neçə regional elektrik enerji sistemi arasında enerji qovşağına, "Transxəzər yaşıl dəhliz" isə BOEM-dən əldə olunan artıq elektrik enerjisinin ixracı üçün uzunmüddətli strateji seçimə çevrilə bilər".

Qeyd edək ki, bu layihənin texniki-iqtisadi əsaslandırmasını (TİƏ) İtaliyanın CESI konsaltinq şirkəti hazırlayır. TİƏ-nin hazırlanmasının dəyəri təxminən 1 milyon avro təşkil edir və beynəlxalq maliyyə institutlarının qrantları hesabına maliyyələşdirilir.

Bundan başqa, 2025-ci il iyulun 1-də Qazaxıstan, Azərbaycan və Özbəkistanın sistem operatorları layihənin həyata keçirilməsinin koordinasiyası və iştirakçı ölkələrin ekspertlərinin müntəzəm işçi görüşlərinin keçirilməsi üçün "Green Corridor Alliance" birgə müəssisəsini yaradıblar. Üç ölkənin hər birinin birgə müəssisədəki payı 33,3 % təşkil edir.

Oxşar xəbərlər

ESCAP: Mərkəzi Asiyanın enerji əlaqəliliyi potensialı hələ də reallaşdırılmayıb
İnmin Yan: "PAGI 2035-ci ilədək Asiya-Sakit okean regionunda 20 QVt-a qədər "yaşıl güc" təmin edəcək"
Joze Karluş Pereyra: "Asiya-Sakit okean regionunda BOEM-in irimiqyaslı maliyyələşdirilməsinə ehtiyacı var"
ADB Asiya-Sakit okean regionunda transsərhəd elektrik şəbəkələri üçün 50 milyard dollar ayıracaq
Çin Azərbaycanla BOEM sahəsində fəal əməkdaşlığa ümid edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər