Meksika yığması Çexiyaya qalib gələrək tarixi rekorda imza atıb
sizinxeber.az xəbər saytı

Meksika yığması Çexiyaya qalib gələrək tarixi rekorda imza atıb


Meksika yığması DÇ-2026-nın qrup mərhələsinin III turunda Çexiya millisini 3:0 hesabı ilə məğlub edərək tarixi rekorda imza atıb.

"Sizinxeber.az" FIFA-ya istinadən xəbər verir ki, komanda tarixində ilk dəfə dünya çempionatının qrup mərhələsinin 3 oyununda qələbə qazanıb.

Komanda həmçinin 1970-ci ildən bəri ilk dəfə bu mərhələdə qapısından qol buraxmayıb. Şimali Amerika təmsilçisi dünya çempionatlarında son 4 matçda qələbə qazanıb ki, bu da komandanın turnirdəki ən uzunmüddətli seriyasıdır.

Qeyd edək ki, Meksika millisi 9 xalla A qrupunu lider başa vurub.

Oxşar xəbərlər

Braziliya dünya çempionatları tarixində 50 "quru" qələbə qazanan ilk komanda olub
Braziliyanın qadın futbolçulardan ibarət yığması rekorda imza atıb
"Real"ı məğlub edən "Arsenal" tarixi rekorda imza atıb
Meksika millisi ardıcıl ikinci dəfə CONCACAF-ın Qızıl Kubokunu qazanıb
NBA təmsilçisinin hücumçusu tarixi rekorda imza atıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər