Elnur Mustafayev: Aşura günündə bədənə xəsarət yetirmək düzgün deyil
Aşura günündə bədənə xəsarət yetirmək və müxtəlif qeyri-ənənəvi hərəkətlər etmək düzgün deyil.
"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Elnur Mustafayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu cür davranışlar Aşura gününün mahiyyəti ilə ziddiyyət təşkil edir:
"Əslində, bu hadisənin fəlsəfəsinin və mənəvi-əxlaqi dəyərlərinin əsasında ümumbəşəri ideyalar dayanır. Buna görə də cəmiyyətimiz bu dəyərlərə uyğun davranışlara üstünlük verməlidir".
İctimai Şuranın sədri əlavə edib ki, Azərbaycanda qanvermə aksiyaları ənənə halını alıb və burada əsas məqsəd xeyirxahlıqdır:
"Müxtəlif təşkilatlarda və dini ocaqlarda Aşura günlərində qanvermə aksiyaları təşkil olunur. Toplanan qan ehtiyacı olan insanlara yönləndirilir. Bu da Aşura gününün fəlsəfəsi, ruhu və mahiyyəti ilə tam uyğunluq təşkil edir".
Oxşar xəbərlər
Azərbaycan İlahiyyat İnstitutunda Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilir
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
Sədr müavini: İldən-ilə qanvermə aksiyasına qoşulanların sayında artım hiss olunur
Aşura günü ilə əlaqədar Təzəpir məscidində qanvermə aksiyası keçirilir
İlahiyyat İnstitutunda qanvermə aksiyası keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
AZAL: Yeni “Airbus A321neo” istənilən istiqamətdə təhlükəsiz istismar oluna bilər - VİDEO
