Aşura günü ilə bağlı qanvermə aksiyasında 486 nəfər qan verib
sizinxeber.az xəbər saytı

Aşura günü ilə bağlı qanvermə aksiyasında 486 nəfər qan verib


Bu gün səhər saat 10:00-a olan məlumata görə, 486 nəfər qanvermə aksiyasında iştirak edib.

"Sizinxeber.az" xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Qan Bankının icraçı direktoru Elxan Nağıyev Təzəpir məscidində Aşura günü ilə əlaqədar təşkil olunan qanvermə aksiyası zamanı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu il də azad olunmuş ərazilərdə - Şuşa və Ağdam şəhərindəki məscidlərdə qanvermə aksiyası təşkil olunub:

"Ümumilikdə ölkə üzrə 30 şəhər-rayon üzrə 40 müəssisədə bu aksiya həyata keçirilir. Onlardan 24-ü məscid və ziyarətgah, 15-i tibb məntəqəsi, 1-i isə təhsil müəssisədir".

İcraçı direktor bildirib ki, aksiya saat 16:00-dək davam edəcək.

Oxşar xəbərlər

Aşura günü ilə əlaqədar Təzəpir məscidində qanvermə aksiyası keçirilir
Aşura günü ümumilikdə 2 mindən çox şəxs könüllü qan verib - YENİLƏNİB-2
Bu il ilk dəfə Şuşa və Ağdamda qanvermə aksiyası keçiriləcək
Direktor: Saat 10:00-a qədər 400-ə yaxın donor qan verib
Azərbaycan İlahiyyat İnstitutunda Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər