Azərbaycan millisinin futbolçusu Toral Bayramov "Bursaspor"a keçib
sizinxeber.az xəbər saytı

Azərbaycan millisinin futbolçusu Toral Bayramov "Bursaspor"a keçib


Azərbaycan millisinin futbolçusu Toral Bayramov Türkiyənin "Bursaspor" klubuna keçib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Qarabağ" klubu məlumat yayıb.

Bildirilib ki, qardaş Türkiyənin köklü klublarından olan "Bursaspor"un Toral Bayramovun transferində ciddi maraq göstərməsi, həmçinin milli komandanın futbolçusunun özünün legioner həyatı yaşamaq və karyerasını xaricdə davam etdirmək istəyi bu keçidin reallaşmasında mühüm rol oynayıb.

"Qarabağ" 25 yaşlı oyunçunun transferi ilə bağlı "Bursaspor" klubunun təklifini müsbət cavablandırıb. Klublar arasında aparılan danışıqların uğurla yekunlaşması və futbolçunun legioner karyerasını davam etdirmək istəyinə hörmətlə yanaşılması nəticəsində tərəflər arasında razılıq əldə olunub.

2020-ci ildən "Qarabağ"ın əsas komandasında çıxış edən T.Bayramov bu müddətdə 254 oyunda 37 qol vurub. O, komanda ilə 5 dəfə Azərbaycan çempionu olub, 2 dəfə ölkə kubokunu qazanıb. Bayramov millidə keçirdiyi 40 oyunda 5 qola imza atıb.

Xatırladaq ki, "Bursaspor" səviyyəcə üçüncü çempionat hesab edilən II Liqada mövsümü lider kimi başa vurub və I Liqaya vəsiqə qazanıb.

Oxşar xəbərlər

Azərbaycan çempionatının ən bahalı futbolçuları açıqlandı - Siyahı
Azərbaycan millisinin futbolçusu Finlandiya klubuna keçib
Azərbaycan Premyer Liqası: IX tur "Qarabağ"ın futbolçusu üçün əlamətdar olub
Azərbaycan millisinin futbolçusu Niderland klubuna keçib
"Qarabağ" futbolçusunun Polşa klubuna keçməsinə icazə verib - RƏSMİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər