Naxçıvanda vəkillik və mediasiyanın rolu ilə bağlı konfrans keçirilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
08 
in
2026
20:30
0
0
1 344
ff aaaaaaa

Naxçıvanda vəkillik və mediasiyanın rolu ilə bağlı konfrans keçirilib

08 in, 2026
20:30
1 344

Naxçıvanda vəkillik və mediasiyanın rolu ilə bağlı konfrans keçirilib

Naxçıvanda Vəkillər Kollegiyası və Mediasiya Şurasının birgə təşkilatçılığı ilə regional konfrans keçirilib.

"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, "İnsan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu" mövzusunda regional konfransda Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, hər iki qurum rəhbərinin başçılıq etdiyi nümayəndə heyətləri, Muxtar Respublikasının rəsmi şəxsləri, hakim və vəkillər, mediatorlar, müəllimlər, tələbələr, eləcə də kütləvi informasiya vasitələrinin əməkdaşları iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən A. Bağırov iştirakçıları salamlayaraq konfransın əhəmiyyətini vurğulayıb, Kollegiyada son illər görülən işlərdən danışıb.

Azərbaycan Respublikası Mediasiya Şurasının İdarə Heyətinin sədri N. Adilovun sözlərinə görə, hazırda ölkə üzrə 423 mediator və 75 mediasiya təşkilatı fəaliyyət göstərir: "2026-cı ildə barışıq sazişinin sayı 1 794-dür. Probasiyada isə 6 barışıq sazişi qeydə alınıb".

Sonda müzakirələr aparılıb, iştirakçıları maraqlandırılan suallar cavablandırılıb.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul