Türkiyənin məşhur Güray Muzeyində Milli Qurtuluş Günü münasibətilə foto sərgi açılıb
Türkiyənin Nevşehir vilayətinin Avanos rayonunda yerləşən dünya şöhrətli Güray muzeyində, Azərbaycan Respublikasının yaranmasının 108-ci ildönümü və 15 İyun Milli Qurtuluş Günü münasibətilə foto sərgi keçirilib.
Sizinxeber.az-nın Türkiyə bürosu xəbər verir ki, sərgi Azərbaycanın Ankaradakı səfirliyi, EkoAvrasiya fondu, TÜRKSİT və Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.
Açılışa yerli protokol və çoxsaylı sənətsevərlər qatılıb.
Tədbirdə çıxış edən rəsmi şəxslər Türkiyə və Azərbaycan arasındakı “bir millət, iki dövlət” prinsipinə diqqət çəkərək, iki ölkə arasındakı dostluq və əməkdaşlığın gücünü vurğulayıb.
Həmçinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bu münasibətlərin möhkəmlənməsindəki rolu qeyd olunub.
Sərgidə Azərbaycan tarixi, müstəqillik mübarizəsi və Heydər Əliyevin həyatına dair fotoşəkillər nümayiş etdirilib.
Ziyarətçilər tərəfindən böyük maraqla qarşılanan sərgi bir həftə açıq olacaq.
Oxşar xəbərlər
Naxçıvanda Türkiyənin Cümhuriyyət Günü qeyd olunub - FOTO
Türkiyənin Zəfər bayramı münasibətilə bu ölkənin Naxçıvandakı Baş Konsulluğunda tədbir keçirilib - FOTO
Türkiyənin Zəfər bayramı münasibətilə bu ölkənin Naxçıvandakı Baş Konsulluğunda tədbir keçirilir - FOTO
Milli İncəsənət Muzeyində "Xəzər" Biennalesi Platforması çərçivəsində sərgisi açılıb
Bakıda Türkiyənin Zəfər bayramı münasibətilə tədbir keçirilir - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ İrana zərbələr endirməyə başlayıb
-
DSMF: 5 ayda 4,3 milyard manat pensiya, müavinət, təqaüd və ünvanlı yardım ödənilib
-
ABŞ İranın bir sıra ərazilərinə zərbələr endirib
-
Mehr: İran Milli Ordusu və SEPAH yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib
-
Araz çayında batan məktəblinin meyiti tapılıb
-
Azərbaycan BNF-nin tədqiqat layihəsindən əldə olunacaq təcrübənin ölkədə tətbiqini planlaşdırır
