Konqoda "Ebola"dan ölənlərin sayı 115-ə yüksəlib
Konqo Demokratik Respublikasında "Ebola" qızdırmasından laboratoriya yolu ilə təsdiqlənmiş ölüm hallarının sayı 115-ə çatıb.
"Report" xəbər verir ki, bu barədə ölkənin Rabitə və Media İşləri üzrə nazirliyi bildirib.
Qurumun məlumatına əsasən, indiki epidemiya zamanı "Ebola" virusu ilə yoluxanların sayı 598 nəfərə çatıb. Bir gün əvvəl bu göstəricilər 101 ölüm hadisəsi və 550 yoluxma təşkil edirdi.
Hazırda tibb müəssisələrində 297 xəstə müalicə alır. Ölüm nisbəti 19,2 % təşkil edir.
Xəstəliyin yayılması İturi, Şimali Kivu və Cənubi Kivu vilayətlərindəki 25 rayonu əhatə edib. Son sutkada infeksiyanın yayılma zonasından kənarda yeni yoluxma halı qeydə alınmayıb.
Hakimiyyət orqanları yoluxmuş şəxslərlə təmasda olmuş insanların aşkarlanması üzrə işləri davam etdirir. Təmasların izlənilməsi göstəricisi 56,3 % təşkil edir.
Xatırladaq ki, "Ebola" qızdırmasının indiki epidemiyası mayın 15-də Konqo Demokratik Respublikası və Uqandada başlayıb. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu, son onilliklər ərzində ən genişmiqyaslı və ən ölümcül epidemiyalardan birinə çevrilə bilər.
Oxşar xəbərlər
Konqoda ebola virusundan ölənlərin sayı 100-ü keçib
Konqoda Ebola virusundan ölənlərin sayı 86-ya çatıb
Uqandada Ebola virusuna yoluxanların sayı beşə çatıb
Konqoda Ebola virusundan ölənlərin sayı kəskin şəkildə artıb
Konqodakı amerikalılar Ebola xəstələri ilə təmasda şübhəli bilinirlər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Axşam içki içmisinizsə, səhər avtomobil idarə etdiyinizə görə cərimə oluna bilərsinizmi?
-
SON DƏQİQƏ! Bu bankda maaş kartlarından pul tutulmasına başlanıldı
-
ABŞ İrana zərbələr endirməyə başlayıb
-
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırılıb
-
"Neftçi" iyunun 10-da Bakıda toplaşacaq, daha sonra Sloveniyaya yollanacaq
-
ABŞ İranın bir sıra ərazilərinə zərbələr endirib
