Sandu: Moldova Ukrayna ilə əməkdaşlıq çərçivəsində dron istehsal edəcək
Moldova Konstitusiyada təsbit olunmuş daimi neytrallıq statusuna baxmayaraq, pilotsuz uçuş aparatlarının istehsalına başlayacaq.
Sizinxeber.az xəbər verir ki, bu barədə ölkə Prezidenti Maya Sandu moldovalı videobloqer Nikolay Kikuya müsahibəsində bildirib.
Sandu qeyd edib ki, dövlət-özəl tərəfdaşlıqlarına və xarici investisiyalara imkan yaratmaq üçün qanunvericiliyin təcili şəkildə dəyişdirilməsini hökumətdən tələb edib.
“Müdaxiləedici dronlarla mübarizə aparacaq bu pilotsuz aparatlara ehtiyacımız var. Ölkəmizin ərazisinə getdikcə daha çox daxil olan və real təhlükə yaradan dronlara qarşı vasitələrə sahib olmalıyıq”, – deyə Sandu deyib.
O vurğulayıb ki, bu qərar Rumıniyanın Qalaç şəhərinə dronun düşməsindən sonra qəbul olunub.
“Qanunvericiliyə dəyişiklik hazırlanmasını hökumətdən xahiş etmişəm. Bir tərəfdən dövlət bu dronları və antidron sistemlərini istehsal etməlidir, digər tərəfdən isə özəl sektorun da bu prosesdə iştirakına imkan verməliyik”, – deyə Sandu əlavə edib.
Prezidentin sözlərinə görə, Moldovada hazırda dron istehsalını təşkil etmək üçün nə texnologiya, nə də mütəxəssis bazası mövcuddur. Xarici investorlar isə bu potensiala malikdirlər, lakin onların iştirak etməsi üçün qanunvericilikdə dəyişikliklər zəruridir.
Sandu bildirib ki, Moldova bu sahədə Ukraynanın dəstəyinə ümid edir.
“Texnologiyaları onlardan əldə etməyə çalışacağıq. Lakin bu texnologiyalarla işləmək üçün ilk növbədə burada ən azı minimal təcrübəyə malik komanda formalaşdırmalıyıq”, – deyə o qeyd edib.
Oxşar xəbərlər
Sandu: Moldova Aİ-yə üzvlük danışıqlarını Ukrayna ilə birlikdə aparacaq
Maya Sandu yenidən Moldova prezidentliyinə namizəd olub
Prezident İlham Əliyev Antalyada Maya Sandu ilə görüşüb - YENİLƏNİB
Maya Sandu seçkilərdən sonra hökumətdə dəyişiklik edəcək
Azərbaycan Prezidenti Maya Sandu ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
I və IV qruplar üzrə qəbul imtahanı keçirilib, 10 nəfərdə telefon aşkarlanıb
-
Çin Tayvan sahillərində xüsusi əməliyyata başladığını elan edib
-
Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Avropa Liqasında ikinci görüşünü keçirəcək
-
İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan XİN rəhbərlərinin görüşü keçiriləcək
-
Uilli Uolş: Aviayanacaq qiymətlərinin 70% artması aviaşirkətlərə əlavə 100 mlrd dollara başa gələcək
-
"Reuters": ABŞ İran aktivlərinin Fars körfəzindəki müttəfiqlərinə verilməsini nəzərdən keçirir
