Argentina millisi dünya çempionatları tarixində penalti seriyaları üzrə rekordçudur
Argentina yığması dünya çempionatları tarixində rekord sayda - 7 penalti seriyasında mübarizə aparıb.
"Sizinxeber.az" FİFA-ya istinadən xəbər verir ki, penalti seriyasının tətbiq edildiyi 1978-ci ildən bəri turnirdə 74 ölkə iştirak etsə də, Argentina bu oyunların 20 %-nə şərik olub.
Braziliya, Fransa və İspaniya yığmalarının hərəyə 5 belə seriyası qeydə alınıb.
Argentina qeyd olunan zərbələrdə 6 dəfə qalib gəlib. Komanda 1990-cı ildə Yuqoslaviya və İtaliyanı, 1998-ci ildə İngiltərəni, 2014 və 2022-ci illərdə Niderlandı, sonuncu turnirin finalında isə Fransanı mübarizədən kənarlaşdırıb. Kollektivin yeganə məğlubiyyəti 2006-cı ildə Almaniyaya qarşı oyunda qeydə alınıb.
Argentinanın 1990-cı il dünya çempionatındakı qəhrəmanı Serxio Qoykoçea Qərbi Almaniyadan Toni Şumaxer, həmçinin xorvatiyalılar - Daniel Subaşiç və Dominik Livakoviçlə birgə penalti seriyalarında ən çox zərbə dəf edən qapıçı statusunu bölüşür.
Almaniya və Xorvatiya dünya çempionatlarındakı bütün 4 penalti seriyasında uğur qazanıblar. Almanlar yerinə yetirdikləri 18 penaltidən 17-ni, o cümlədən son 15 zərbəni dəqiq tamamlayıblar.
Qeyd edək ki, iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026-ya 48 komanda qatılacaq.
Oxşar xəbərlər
Argentina millisi ilə dünya çempionu olan futbolçu vəfat edib
DÇ-2026: Argentina və Braziliya milliləri seçmə mərhələdə məğlub olublar
"Tottenhem" Argentina millisinin üzvü ilə müqavilə müddətini uzadıb
DÇ-2026: Argentina xal itirib
Futbol üzrə dünya çempionatında rekord sayda hakim fəaliyyət göstərəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp dünyanı ŞOKA saldı: İran tamamilə təslim oldu!
-
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
-
EBRD Qafqaz regionuna yeni rəhbər təyin edib
-
İranın futbol millisinə DÇ-2026-da iştirak üçün viza verilib
-
Küveyt İrana nota verib, diplomatlarını “persona-non grata” elan edib
-
Nazir Anar Əliyev Beynəlxalq Əmək Konfransının sessiyasında çıxış edib
