Klublararası dünya çempionatından kənarlaşdırılan komanda İdman Arbitraj Məhkəməsinə müraciət edib
sizinxeber.az xəbər saytı

Klublararası dünya çempionatından kənarlaşdırılan komanda İdman Arbitraj Məhkəməsinə müraciət edib


Meksikanın "Leon" kollektivi FIFA Klublararası dünya çempionatından kənarlaşdırıldığı üçün İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib.

"Report" xəbər verir ki, bu barədə CAS-ın mətbuat xidməti məlumat yayıb.

Daha əvvəl FIFA apellyasiya komitəsi sübuta yetirib ki, adıçəkilən komanda dünya çempionatında iştirak etmək hüququna malik "Paçuka" (Meksika) klubunun nəzarət paketinə malik olan şirkətə məxsusdur. Mövcud durum isə reqlamentin pozulması deməkdir.

Klublararası mundialda "Leon"u əvəz edəcək komanda daha sonra açıqlanacaq.

Qeyd edək ki, "Leon" səkkizqat Meksika çempionudur. Komanda həmçinin 5 dəfə ölkə kubokunu və ölkə superkubokunu qazanıb.

Oxşar xəbərlər

Kosta-Rika klubu dünya çempionatında iştirakla bağlı FIFA-ya müraciət edib
Klublararası dünya çempionatının püşkü atılıb
“Əl-Hilal” klublararası dünya çempionatından əvvəl Salahla müqavilə imzalamaq istəyir
FIFA klublararası dünya çempionatının yeni loqosunu təqdim edib
Klublararası dünya çempionatının yeni kuboku ictimaiyyətə təqdim olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər