Azərbaycanın kişi boksçulardan ibarət millisi Dünya Kubokuna Çimkənddə hazırlaşacaq
sizinxeber.az xəbər saytı

Azərbaycanın kişi boksçulardan ibarət millisi Dünya Kubokuna Çimkənddə hazırlaşacaq


Azərbaycanın kişi boksçulardan ibarət millisi Qazaxıstana yollanıb.

"Report" Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, Ravşan Xocayevin baş məşqçisi olduğu komanda təlim-məşq toplanışını Çimkənddə davam etdirəcək.

13 boksçunun cəlb olunduğu hazırlıq iyunun 12-də başa çatacaq. Toplanışda əsasən texniki-taktiki məşqlərə üstünlük veriləcək. Hazırlıq çərçivəsində sınaq döyüşləri də planlaşdırılır.

Qeyd edək ki, məşqlər Çində keçiriləcək Dünya Kubokuna hazırlıq xarakteri daşıyır.

Oxşar xəbərlər

Azərbaycanın kişi boksçulardan ibarət millisi təlim-məşq toplanışına start verib
Azərbaycanın kişi boksçulardan ibarət millisi toplanışın növbəti mərhələsinə start verib
Azərbaycanın boks millisi dünya çempionatına hazırlığı Qoridə davam etdirəcək
Azərbaycanın yeniyetmə oğlan və qızlardan ibarət boks millisi təlim-məşq toplanışına başlayıb
Azərbaycan boksçuları Astanada toplanış keçəcəklər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər