Ermənistanda 18 nəfər parlament seçkiləri zamanı qayda pozuntusuna görə saxlanılıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
08 
in
2026
12:30
ff aaaaaaa

Ermənistanda 18 nəfər parlament seçkiləri zamanı qayda pozuntusuna görə saxlanılıb

08 in, 2026
12:30
962

Ermənistanda 18 nəfər parlament seçkiləri zamanı qayda pozuntusuna görə saxlanılıb

Ermənistan Daxili İşlər Nazirliyi (DİN) parlament seçkilərində qayda pozuntuları barədə 619 məlumat alıb və bununla əlaqədar 18 nəfər saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə Ermənistan mediası qurumun bəyanatına istinadən məlumat yayıb.

"Təkrar səsverməyə dair 52, səsvermə gizliliyinin pozulması ilə bağlı 27, seçki hüquqlarının həyata keçirilməsinə mane olma ilə bağlı 9, öz tərəfinə çəkmə ilə bağlı 4, seçki prosesinə mane olmaya dair 2, hərəsindən 1 hal olmaqla seçki məntəqəsində soyuq silah gəzdirmə, xuliqanlıq və fiziki zorakılıq halı qeydə alınıb. Bu işlər üzrə sənədlər istintaq orqanına təhvil verilib. 18 nəfər saxlanılıb", - məlumatda bildirilib.

Bundan əlavə, ehtimal olunan qayda pozuntuları ilə bağlı 322 məlumat yoxlanılır.

Qeyd edək ki, Baş nazir Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası bülletenlərin 100 %-nin hesablanmasından sonra 49,81 % səs toplayıb.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul