"EFES - 2026" təlimində "Yüksək Səviyyəli Müşahidəçi Günü"nün gecə mərhələsi keçirilib - FOTO
sizinxeber.az xəbər saytı

"EFES - 2026" təlimində "Yüksək Səviyyəli Müşahidəçi Günü"nün gecə mərhələsi keçirilib - FOTO


Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Özdərə hərbi düşərgəsində keçirilən "EFES - 2026" çoxmillətli birgə müştərək təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"nün gecə mərhələsini izləyib.

APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Əvvəlcə qonaqlar tədbir çərçivəsində təşkil olunan Müdafiə Sənayesi Sərgisində nümayiş etdirilən hərbi silah və texnika nümunələri ilə tanış olublar.

Türkiyənin milli müdafiə naziri, Azərbaycan, Gürcüstan, Bosniya və Herseqovina müdafiə nazirləri, eləcə də digər yüksək səviyyəli müşahidəçilər gecə vaxtı şərti düşmən gəmisinin ələ keçirilməsi, sahil mühafizəsinin təşkili, helikopterlər vasitəsilə hava kəşfiyyatının və atəş dəstəyinin təmin edilməsi, artilleriya qüvvələri və digər bölmələr tərəfindən icra edilən müxtəlif tapşırıqların icrasını yüksək qiymətləndiriblər.


Qeyd edək ki, 50 ölkənin hərbi qulluqçularının qatıldığı təlimin əsas məqsədi genişmiqyaslı əməliyyatlar zamanı iştirakçı ölkələrin Quru qoşunları, Hərbi Dəniz və Hərbi Hava qüvvələrinin arsenalında olan silah və vasitələrdən birgə istifadə üsullarının və bacarıqlarının təkmilləşdirilməsidir.
Təlimdə həmçinin, hərbi kontingentlər arasında koordinasiyanın gücləndirilməsi, Taktiki Data Link (TDL) sistemlərinin effektiv istifadəsinin təmin edilməsi, hərbi əməliyyatlar zamanı kibertəhlükəsizlik qabiliyyətlərinin inkişaf etdirilməsi və ortaq kibertəhlükəsizlik anlayışının formalaşdırılması nəzərdə tutulub.

Oxşar xəbərlər

“EFES - 2026” təlimində növbəti tapşırıqlar icra olunub
Zakir Həsənov "ADEX"də nümayiş etdirilən hərbi silah və texnika nümunələri ilə tanış olub
Azərbaycan müdafiə nazirinin müavini IDEX sərgisində iştirak edir
“EFES - 2026” təlimində axtarış və dağçılıq hazırlığı məşqləri keçirilib - VİDEO
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda səfərdədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər