“Real” David Alaba ilə yollarını ayırdığını açıqlayıb
Avstriyalı müdafiəçi David Alaba mövsümün sonunda İspaniyanın “Real” klubundan ayrılacaq.
Sizinxeber.az xəbər verir ki, klubun mətbuat xidməti futbolçunun müqavilə müddətinin başa çatması səbəbindən komandadan gedəcəyini bildirib.
33 yaşlı futbolçu 2021-ci ilin yayından Madrid təmsilçisində çıxış edirdi. O, “Real”ın heyətində 131 oyunda 5 qol vurub, 9 məhsuldar ötürmə edib.
Alaba klubla birlikdə iki dəfə Çempionlar Liqasını və İspaniya çempionatını, həmçinin ölkə kuboku, Superkubok, UEFA Superkuboku, Klublararası dünya çempionatı və Qitələrarası kuboku qazanıb.
Bundan əvvəl Alaba Almaniyanın “Bavariya” klubunda çıxış edib. O, Münhen təmsilçisinin heyətində 10 dəfə Bundesliqanın qalibi olub, iki dəfə Çempionlar Liqasını qazanıb.
Avstriya millisində isə Alaba 112 oyun keçirib, 15 qol və 22 assistlə yadda qalıb. O, milli komandanın tarixində ən çox oyun keçirən futbolçular arasında ikinci yerdədir.
Oxşar xəbərlər
Klaudio Bravo 41 yaşında karyerasını başa vurub
"Real"ın futbolçusu sol dizindən zədə alıb
"Real"ın müdafiəçisi klubdan ayrıla bilər
Çempionlar Liqası: “Real” qələbə qazanıb, “Yuventus” məğlub olub
“Real Sosyedad” “Kopenhagen”dən Ossi Ouskarssonu transfer edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda bu şəxslərin İŞ SAATI AZALDILIR? - AÇIQLAMA
-
Torpağına "kupça" ala bilməyənlərə VACİB XƏBƏR: Çıxış yolu AÇIQLANDI
-
Rəvan Həsənov: Qarabağda şəhərlər müasirlik və müxtəlifliyi birləşdirərək yenidən qurulur
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
-
"Yuventus"un baş məşqçisi Luçano Spalletti mövsümün sonunda komandadan ayrıla bilər
-
Mərakeşdə binanın çökməsi nəticəsində 11 nəfər həlak olub
