Ermənistanın “Cermuk” mineral suyunun Rusiyaya idxalı yenidən dayandırılıb
“Rospotrebnadzor” Rusiya Federasiyasına Ermənistanın “Cermuk” mineral suyunun idxalını və satışını yenidən dayandırıb.
Sizinxeber.az-nın Moskva bürosu xəbər verir ki, bu barədə “Rospotrebnadzor” məlumat yayıb. Bildirilib ki, həddindən artıq bikarbonat tərkibinə görə mineral suyun idxalı və satışı dayandırılıb.
Qurumdan o da bildirilib ki, məhsul etiketdə göstərilən məlumatlara uyğun deyil və bu, Avrasiya İqtisadi İttifaqının texniki reqlamentinin tələblərini pozur.
Qeyd edilib ki, məhsulların müalicəvi xüsusiyyətləri haqqında yanlış məlumatlar səmərəsiz müalicəyə və sağlamlığın pisləşməsinə səbəb ola bilər. “Rospotrebnadzor” Avrasiya İqtisadi Komissiyasına və Avrasiya İqtisadi Birliyinə üzv dövlətlərin səlahiyyətli orqanlarına müvafiq bildirişlər göndərib. Qeyd edək ki, mayın 22-dən etibarən Rusiya Ermənistandan gül idxalına da qadağa qoyub.
Oxşar xəbərlər
“Rospotrebnadzor” Ermənistanın “Cermuk” mineral suyunun idxalını və satışını dayandırıb - YENİLƏNİB
Rusiyada Ermənistanın təxminən 1,1 milyon ədəd "Cermuk" suyunun satışı qadağan edilib
Rusiya bu erməni məhsulunun satışını qadağan etdi
"Rospotrebnadzor" Moskvada erməni iş adamına məxsus restoranı bağlayıb
Rusiya hökuməti: Ermənistanın Avropa İttifaqı ilə ticarəti Avrasiya İqtisadi İttifaqından dəfələrlə azdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda bu şəxslərin İŞ SAATI AZALDILIR? - AÇIQLAMA
-
Rəvan Həsənov: Qarabağda şəhərlər müasirlik və müxtəlifliyi birləşdirərək yenidən qurulur
-
Torpağına "kupça" ala bilməyənlərə VACİB XƏBƏR: Çıxış yolu AÇIQLANDI
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
-
"Yuventus"un baş məşqçisi Luçano Spalletti mövsümün sonunda komandadan ayrıla bilər
-
Mərakeşdə binanın çökməsi nəticəsində 11 nəfər həlak olub
