"Turan Tovuz"un qapıçısı Sergey Samokun çempionatdakı 812 dəqiqəlik quru seriyasına son qoyulub
"Turan Tovuz"un qapıçısı Sergey Samokun Misli Premyer Liqasındakı quru seriyası qırılıb.
"Sizinxeber.az" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, rusiyalı qolkiper mövsümdə ilk qolunu XXIV turun "Kəpəz"lə səfər matçında (1:1) buraxıb.
Samokun seriyasını Rəhman Hacıyev 55-ci dəqiqədə qırıb. Bunadək ötən çempionatda 2, cari mövsümdə 6 dəfə qapısını toxunulmaz saxlayan qapıçı sonuncu dəfə 2024/2025 mövsümünün XXXIV turunda qol buraxıb. O, "Neftçi" ilə 2025-ci il mayın 10-da baş tutan ev matçının (1:2) 32-ci dəqiqəsində Dembo Darbonun vurduğu topu dəf edə bilməyib.
Hacıyevin qoluna qədər Sergey 812 quru dəqiqə keçirib. O, Azərbaycan çempionatlarının yüksək dəstəsinin tarixində 800 dəqiqə və daha uzun seriyaya imza atan 9-cu əlcək sahibi olub.
1. Nizami Sadıqov ("Turan") – 1106 dəqiqə
2. Xalidu Sissoko ("Bakı") – 985
3. Xalidu Sissoko ("Bakı") – 971
4. Camaləddin Əliyev ("Qarabağ") – 958
5. Pavel Doroşev ("Qəbələ") – 952
6. Elxan Həsənov ("Neftçi") – 943
7. Dmitri Bezotosnı ("Qəbələ") - 915
8. Boyan Pavloviç ("Qarabağ") – 828
9. Sergey Samok ("Turan Tovuz") - 812
Oxşar xəbərlər
"Turan Tovuz" tarixində ilk dəfə Premyer Liqa matçında 4-dən çox top buraxıb
Premyer Liqa: "Turan Tovuz" evdə "Neftçi"yə məğlub olub
"Qarabağ" cari mövsümdə ilk dəfə bir oyunda 3 top buraxıb
"Turan Tovuz" Premyer Liqadakı rekordu təkrarlayıb
"Turan Tovuz" Premyer Liqada 100-cü oyununu keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Mohammed: Müasir şəhərlər və yaşayış məntəqələri dayanıqlı məkanlar kimi inkişaf etməlidir
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
-
"Yuventus"un baş məşqçisi Luçano Spalletti mövsümün sonunda komandadan ayrıla bilər
-
Mərkəzi Bankla “Deutsche Bank” arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
-
Mərakeşdə binanın çökməsi nəticəsində 11 nəfər həlak olub
