"Turan Tovuz" Premyer Liqadakı rekordu təkrarlayıb
“Turan Tovuz” Azərbaycan Premyer Liqasında rekordu təkrarlayıb.
"Sizinxeber.az" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Kurban Berdıyevin baş məşqçisi olduğu komanda buna ilk beş turda qol buraxmamaqla nail olub.
Ölkə çempionatlarının 32 illik tarixində 7-ci dəfə bir kollektiv ilk 5 matçda qapısında top görməyib.
Buna ilk dəfə 1993/1994 mövsümündə Bakı “İnşaatçı”sı nail olub. “Xəzri” 1995/1996, “Dinamo” (“Bakı”) 1998/1999 mövsümündə bunu bacarıb. Yalnız bir komanda – “Xəzər Lənkəran” startda iki belə seriyaya imza atıb: 2007/2008 və 2010/2011 mövsümlərində.
“Turan Tovuz”dan öncə 5 start oyununda qol buraxmayan sonuncu komanda “Qəbələ” olub. 2016/2017 mövsümündə Dmitri Bezotosnı çempionatın ilk 5 turunda qol buraxmayan ilk legioner qapıçı kimi tarixə düşüb. “Turan Tovuz” tarixə 7-ci seriyanın müəllifi kimi düşübsə, İvan Konovalov Bezotosnıdan sonra bunu gerçəkləşdirən ikinci əcnəbi qolkiper olub.
Qeyd edək ki, "Turan Tovuz" yalnız “Neftçi” ilə matçda xal itirib – 0:0. Qərblilər ardınca “Sumqayıt”, “Qarabağ” və “Səbail”i bir, “Kəpəz”i üç cavabsız qolla məğlub edib.
Oxşar xəbərlər
"Neftçi" tarixində ilkə imza atıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Turan Tovuz” yubiley qələbəsini qazanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Neftçi"dən bir ilk! [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kurban Berdıyev Azərbaycan çempionatları tarixinə 64-cü legioner baş məşqçi kimi düşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Qarabağ" üçüncü dəfə ölkə çempionatına böyük hesablı qələbələrlə başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












