Eduard Məmmədov: "Kikboksinq üzrə Avropa çempionatının Azərbaycanda keçirilməsi ilə bağlı razılıq verildi"
Kadetlər, yeniyetmələr və gənclər arasında Avropa çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə bağlı razılıq verildi.
Bunu "Report"a açıqlamasında Azərbaycan Kikboksinq Federasiyasının (AKF) vitse-prezidenti Eduard Məmmədov bildirib.
O, AKF-nin fəxri prezidenti Adil Əliyev və prezidenti Orxan Əliyevin dəvəti ilə Bakıya gələn Dünya Kikboksinq Təşkilatları Assosiasiyasının (WAKO) prezidenti Roy Beyker və vitse-prezidenti Salim Kayıcının bir sıra görüşlərdə iştirak etdiyini xatırladıb:
"Şəhidlər xiyabanı və Ulu Öndər Heydər Əliyevin məzarı ziyarət olundu. Ardınca gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev ilə görüşlər keçirildi. Onlar kadetlər, yeniyetmələr və gənclər arasında Avropa çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə bağlı razılıq verdilər".
E.Məmmədov Azərbaycan millilərinin heyətində yaxşı idmançıların olduğunu söyləyib:
"2027-ci ilədək keçirilən yarışlarda da özümüzü doğrultmağa çalışacağıq. Avropa çempionatının avqustda təşkili planlaşdırılır. WAKO versiyası üzrə 2010-cu ildə ölkəmizdə böyüklər arasında qitə çempionatı təşkil edilib. Çalışacağıq ki, Bakıdakı yarışadək kadetlər, yemiyetmələr və gəncləri yaxşı hazırlayaq. Onlar qazanacaqları medallarla hər kəsi sevindirməyə çalışacaqlar".
Oxşar xəbərlər
WAKO-nun prezidenti: "Avropa çempionatının Bakıda keçirilməsi üçün danışıqlar yüksək səviyyədə davam edir"
Türkiyə Kikboksinq Federasiyasının prezidenti: "Azərbaycanlı qardaşlarımıza dəstəyimizi sona qədər göstərəcəyik"
AKF prezidenti: "Kikboksinqçilərimiz Azərbaycan bayrağını beynəlxalq arenalarda dalğalandırmaq üçün əllərindən gələni edirlər"
Milli Olimpiya Komitəsində WAKO rəsmiləri ilə görüş olub
Yəmənin vitse-prezidenti Azərbaycanda səfərdədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Şəmkirdə “Ford” yük avtomobilinə çırpılıb, bir nəfər ölüb
-
Tramp ABŞ millisinə DÇ-2026 öncəsi uğurlar arzulayıb
-
Konqo Demokratik Respublikasında Ebola qurbanlarının sayı 139 nəfərə çatıb
-
Əraqçi: Danışıqlar iki mərhələdə nəzərdə tutulub
-
DÇ-2026: ABŞ - Paraqvay oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
Əraqçi: İran yüksək zənginləşdirilmiş uranı "zəiflətməyə" hazırdır
