Kris Rayt: Fars körfəzindən gündə təxminən 7 milyon barel neft çıxarılır
sizinxeber.az xəbər saytı

Kris Rayt: Fars körfəzindən gündə təxminən 7 milyon barel neft çıxarılır


Hörmüz boğazında gəmilərin hərəkətində yaranan fasilələr fonunda ABŞ hərbçilərinin dəstəyi ilə Fars körfəzindən gündə təxminən 7 milyon barel neft çıxarılır.

"Sizinxeber.az" "Reuters"ə istinadən xəbər verir ki, bunu ABŞ-nin energetika naziri Kris Rayt Hyustonda keçirilən enerji forumunda bildirib.

Onun sözlərinə görə, bu həcm ABŞ və İsrailin İranla münaqişəsi başladıqdan sonra Hörmüz boğazında bloklanmış neft axınının təxminən yarısını təşkil edir.

ABŞ-nin Energetika Nazirliyinin rəhbəri İran neftinin boğaz vasitəsilə nəql edilməyəcəyini bildirib, lakin razılaşma əldə olunacağı təqdirdə digər neft məhsullarının Fars körfəzi vasitəsilə tədarükünün maneəsiz həyata keçiriləcəyinə əmin olduğunu qeyd edib.

Onun sözlərinə görə, əgər razılaşma əldə olunmasa, ABŞ hərbçiləri region vasitəsilə yüklərin normal hərəkətinin bərpası üzrə işləri davam etdirəcəklər.

Oxşar xəbərlər

İraq aprel ayında Hörmüz vasitəsilə təxminən 10 milyon barel neft ixrac edib
İraqla Pakistan Hörmüz vasitəsilə neft və MTQ tədarükü üzrə İranla sazişlər imzalayıb
ABŞ ilin əvvəlindən etibarən təxminən 150 milyon barel Venesuela nefti satıb
Kris Rayt: ABŞ Asiya NEZ-lərinə neft tədarük etmək niyyətindədir
Bessent: Hörmüz boğazı açıldıqdan sonra ərəb ölkələri neft tədarükünü bərpa etməyə hazırdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər