WAKO-nun prezidenti: "Avropa çempionatının Bakıda keçirilməsi üçün danışıqlar yüksək səviyyədə davam edir"
Avropa çempionatının Bakıda keçirilməsi üçün danışıqlar yüksək səviyyədə davam edir.
"Sizinxeber.az" xəbər verir ki, bunu Dünya Kikboksinq Təşkilatları Assosiasiyasının (WAKO) prezidenti Roy Beyker Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etdikdən sonra jurnalistlərə açıqlamasında deyib.
Federasiya rəhbəri Bakıya gəldiyi üçün məmnun olduğunu söyləyib:
"Ölkənizdə qonaq olmaq mənə çox xoşdur. Həqiqətən gözəl şəhəriniz var. Yəqin ki, şəhəri gəzmək üçün bir qədər vaxtımız olacaq. Amma daha əvvəl Şəhidlər xiyabanına getdik. Ardınca Azərbaycan üçün önəmli şəxsiyyət olan Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etdik".
O, 2027-ci ildə Bakıda kadetlər, yeniyetmələr və gənclər arasında Avropa çempionatının baş tuta biləcəyini söyləyib:
"Avropa çempionatının Bakıda keçirilməsi üçün danışıqlar yüksək səviyyədə davam edir. Sabah gənclər və idman naziri Fərid Qayıbovla görüşümzdən sonra məsələ demək olar tam həllini tapacaq. Azərbaycanın idman ölkəsi olduğunu bilirik. Ölkəniz bir sıra maraqlı idman tədbirlərinə ev sahibliyi edib".
Qeyd edək ki, WAKO-nun prezidenti Roy Beyker və vitse-prezidenti, Türkiyə Kikboksinq Federasiyasının prezidenti Salim Kayıcı martın 5-dək Bakıda səfərdə olacaqlar. Onlar federasiya rəsmilərinin Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin rəhbərliyi və Azərbaycan Kikboksinq Federasiyanın fəxri prezidenti Adil Əliyevlə görüşləri nəzərdə tutulub.
Oxşar xəbərlər
Federasiya rəsmisi: "Avropa çempionatının 2026-cı ildə Azərbaycanda keçirilməsi üçün müraciət etmişik"
ASTF-nin baş katibi: Daha böyük turnirlərin Bakıda təşkil olunmaq ehtimalı var
Bakıda "TeamGym" üzrə XV Avropa çempionatının açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
