Bakıda bir sıra parklanma məntəqələrinin fəaliyyəti müvəqqəti məhdudlaşdırılacaq
sizinxeber.az xəbər saytı

Bakıda bir sıra parklanma məntəqələrinin fəaliyyəti müvəqqəti məhdudlaşdırılacaq


Bakıda keçiriləcək İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları ilə əlaqədar olaraq bir sıra parklanma məntəqələrinin fəaliyyəti müvəqqəti məhdudlaşdırılacaq.

Bu barədə "Report"a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Məlumata görə, iyunun 16–19-da baş tutacaq tədbirlə əlaqədar aşağıdakı parklanma sahələrinin bir hissəsi fəaliyyət göstərməyəcək:

Təbriz küçəsi (P10640)

İzzəddin Həsənoğlu küçəsi (P11053)

Bülbül prospekti (P90055)

Füzuli küçəsi (P90217)

Zərifə Əliyeva küçəsi (P90242)

Rixard Zorge küçəsi (P98202 və P90202)

Məhdudiyyətlər 15 iyun 2026-cı il saat 20:00-dan etibarən tətbiq ediləcək və 20 iyun 2026-cı il tarixinədək qüvvədə qalacaq.

Oxşar xəbərlər

"Bakı Marafonu 2026" ilə əlaqədar bir sıra marşrutların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək
Bakıda 7 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir
Bakıda iki avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Sabahdan Bakıda bir sıra avtobusların hərəkət sxemi dəyişdiriləcək
Bakıda 27 sayda müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər