Azərbaycan mənşəli qeyri-neft ixracına və Naxçıvandan daşınmaya dövlət dəstəyi ödəniləcək
sizinxeber.az xəbər saytı

Azərbaycan mənşəli qeyri-neft ixracına və Naxçıvandan daşınmaya dövlət dəstəyi ödəniləcək


Prezident İlham Əliyev "Qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında" fərman imzalayıb.

"Sizinxeber.az" xəbər verir ki, fərmanla Azərbaycan mənşəli qeyri-neft-qaz mallarının ixracı zamanı onların daşınması üçün çəkilmiş xərclərə görə həmin malların növündən, gömrük dəyərindən, ixrac edildiyi ölkədən və nəqliyyat növündən asılı olaraq, dövlət büdcəsinin vəsaiti hesabına daşıma dəstəyi məbləği (bundan sonra – ixrac daşıma dəstəyi) ödəniləcək.

Bundan başqa, Naxçıvanda istehsal olunan Azərbaycan mənşəli qeyri-neft-qaz mallarının ölkənin digər ərazilərinə quru yolu ilə daşınması üçün çəkilmiş xərclərə görə dövlət büdcəsinin vəsaiti hesabına daşıma dəstəyi məbləği (bundan sonra – daxili daşıma dəstəyi) ödəniləcək.

İxrac daşıma dəstəyi məbləği aşağıdakılar əsasında hesablanacaq:

- ixrac olunan malın daşınması üçün çəkilmiş xərclərə görə nağdsız qaydada ödənilmiş məbləğin:

- daşıma dəmir yolu, hava və dəniz nəqliyyatı vasitələri, habelə Azərbaycan Respublikasında qeydiyyata alınmış avtomobil nəqliyyatı vasitələri ilə həyata keçirildikdə – 70 %-i;

- daşıma Azərbaycan Respublikasında qeydiyyata alınmamış avtomobil nəqliyyatı vasitələri ilə həyata keçirildikdə – 50 %-i;

- istifadə olunan nəqliyyat növündən asılı olaraq, ixrac edilən malın gömrük dəyərinin:

- daşıma avtomobil, dəmir yolu və hava nəqliyyatı vasitələri ilə həyata keçirildikdə – 15 %-i;

- daşıma dəniz nəqliyyatı vasitələri ilə həyata keçirildikdə – 5 %;

- ixrac daşıma dəstəyinin yekun məbləğini bu Fərmanın 3.1.1-ci və 3.1.2-ci yarımbəndlərinə uyğun olaraq hesablanmış məbləğlərdən ən az olanı təşkil edir;

- daxili daşıma dəstəyinin məbləği Naxçıvanda istehsal olunan Azərbaycan mənşəli qeyri-neft-qaz mallarının ölkənin digər ərazilərinə quru yolu ilə daşınması üçün çəkilmiş nəqliyyat xərclərinə görə nağdsız qaydada ödənilmiş məbləğin 70 %-ni təşkil edir;

- ixrac və daxili daşıma dəstəklərinin məbləğləri rüb ərzində həyata keçirilən daşımalara görə müvafiq olaraq ixracatçının və satıcının (malgöndərənin) müraciəti əsasında həmin rüb bitdikdən sonra İqtisadiyyat Nazirliyi tərəfindən ödənilir.

Oxşar xəbərlər

Qeyri-neft-qaz mallarının ixracı zamanı daşınma xərcləri üçün dövlət büdcəsi hesabına daşıma dəstəyi ödəniləcək - FƏRMAN
Azərbaycanda qeyri-neft-qaz gəlirlərinin proqnozlaşdırılması qaydası dəyişib
AZPROMO: Logistika subsidiyası ixracatçıların xərclərini azaldacaq
Azərbaycan qeyri-neft-qaz ixracını cüzi artırıb
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində BP-nin dəstəyi ilə laboratoriya qurulacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər