Milli Olimpiya Komitəsində WAKO rəsmiləri ilə görüş olub
Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Dünya Kikboksinq Təşkilatları Assosiasiyasının (WAKO) prezidenti Roy Beyker və qurumun vitse-prezidenti, Türkiyə Kikboksinq Federasiyasının prezidenti Salim Kayıcı ilə görüş olub.
"Sizinxeber.az" xəbər verir ki, görüşdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyev, federasiyanın birinci vitse-prezidenti Elşən Abdulrəhimov, vitse-prezident Eduard Məmmədov, MOK-un idman idarəsinin müdiri Həsənağa Rzayev, beynəlxalq əlaqələr idarəsinin müdiri Anar Bağırov və mətbuat katibi Murad Fərzəliyev iştirak ediblər.
Qonaqları salamlayan MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycanda kikboksinqə böyük maraq olduğunu qeyd edib. Kompleks yarışlarda kikboksinq idman növünün təmsil olunduğunu deyən Çingiz Hüseynzadə bu idman növündə kifayət qədər uğurlar qazanıldığını diqqətə çatdırıb.
Səmimi görüşə görə təşəkkürünü bildirən WAKO-nun prezidenti Roy Beyker ölkəmizə səfəri barədə məlumat verib. Bakıda kadetlər, yeniyetmələr və gənclər arasında Avropa çempionatının keçirilə biləcəyini söyləyən WAKO prezidenti bunun üçün danışıqların yüksək səviyyədə davam etdiyini qeyd edib.
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Avropa çempionatının Bakıda keçirilməsi ilə bağlı Milli Olimpiya Komitəsinin Kikboksinq Federasiyasına dəstək olacağını bildirib.
Görüşdə MOK-un baş katibi Azər Əliyev kikboksinq idman növünə ölkəmizdə diqqət göstərildiyini və bu idman növü üzrə təmsilçilərimizin Konya-2021 V İslam Həmrəyliyi Oyunlarında qazandıqları uğurlardan danışıb.
Görüş zamanı çıxış edən WAKO-nun vitse-prezidenti Salim Kayıcı Azərbaycan idmançılarının istər kikboksinq, istərsə də digər döyüş idman növlərində qazandıqları uğurların digər ölkələrə nümunə olduğunu bildirib.
2027-ci ildə Bakıda kikboksinq üzrə Avropa çempionatının keçirilməsi məsələsinin gündəmdə olduğunu deyən Salim Kayıcı sona qədər dəstək göstərəcəklərini qeyd edib.
Kikboksinq idman növünün ölkəmizdə populyarlığından danışan Kikboksinq Federasiyanın prezidenti Orxan Əliyev bu gün ölkəmizdə 200-dən çox klubun qeydiyyatdan keçdiyini və 10 mindən çox idmançının bu idman növü ilə fəal məşğul olduğunu deyib. O qeyd edib ki, 2027-ci ildə Bakının Avropa çempionatına ev sahibliyi etməsi və qitənin ən güclü döyüşçülərinin paytaxtımızda toplaşması diqqətləri ölkəmizə cəlb edəcək.
Görüşün sonunda xatirə şəkli çəkilib.
Oxşar xəbərlər
Türkiyə Kikboksinq Federasiyasının prezidenti: "Azərbaycanlı qardaşlarımıza dəstəyimizi sona qədər göstərəcəyik"
AKF prezidenti: "Kikboksinqçilərimiz Azərbaycan bayrağını beynəlxalq arenalarda dalğalandırmaq üçün əllərindən gələni edirlər"
Çingiz Hüseynzadə İslam Həmrəyliyi İdman Assosiasiyasının nümayəndə heyətini qəbul edib
WAKO-nun prezidenti: "Avropa çempionatının Bakıda keçirilməsi üçün danışıqlar yüksək səviyyədə davam edir"
Milli Olimpiya Komitəsində Afrika qitəsindən gələn MOK rəsmiləri görüş keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Şəmkirdə “Ford” yük avtomobilinə çırpılıb, bir nəfər ölüb
-
Tramp ABŞ millisinə DÇ-2026 öncəsi uğurlar arzulayıb
-
DÇ-2026: ABŞ - Paraqvay oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
DÇ-26: ABŞ 4 qol vuraraq 3 xalı qazanıb
-
"Reuters": BƏƏ İranın dondurulmuş səhmlərinin bir hissəsini aktivləşdirib
-
Alina Xələfova: "Miniboss Biznes Məktəbi"nin məzunları ailə bizneslərini idarə etməyə hazırdır
