AZAL Naxçıvan reyslərində gecikmələrin səbəbini açıqlayıb
sizinxeber.az xəbər saytı

AZAL Naxçıvan reyslərində gecikmələrin səbəbini açıqlayıb


“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti Naxçıvan istiqamətində həyata keçirilən bəzi reyslərdə dəyişikliklər edildiyini açıqlayıb.

APA xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, J2-295 nömrəli Bakı–Naxçıvan reysini yerinə yetirən təyyarə ildırımlı hava şəraiti səbəbindən Bakıya geri qayıdıb. Hava gəmisi saat 21:09-da Heydər Əliyev Beynəlxalq Aeroportuna təhlükəsiz eniş edib.

Bundan başqa, J2-2257 nömrəli Bakı–Naxçıvan reysi də əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb. Sərnişinlərə uçuşlarla bağlı dəyişikliklər barədə əlavə məlumat veriləcək.

AZAL bildirib ki, son günlər Naxçıvanda müşahidə olunan qeyri-sabit hava şəraiti Bakı–Naxçıvan–Bakı marşrutu üzrə reyslərin planlaşdırılmış qrafiklə icrasını çətinləşdirib.

Qeyd olunub ki, Naxçıvanın dağlıq relyefi, güclü külək, məhdud görmə şəraiti və sürətlə dəyişən meteoroloji vəziyyət bəzi hallarda uçuş əməliyyatlarına birbaşa təsir göstərir.

Bu səbəbdən uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə hava şəraitinə uyğun operativ qərarlar qəbul olunur.

Oxşar xəbərlər

Naxçıvana uçan təyyarə ildırımlı hava səbəbindən Bakıya geri qayıdıb
AZAL-ın Naxçıvan reyslərini icra edən təyyarələri hava şəraiti ilə əlaqədar Bakıya geri qayıdıb
AZAL Bakıdan Naxçıvana reysləri bərpa edib- YENİLƏNİB
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları yenidən təxirə salıb
AZAL-ın Naxçıvan reyslərini icra edən təyyarələri hava şəraiti ilə əlaqədar Bakıya qayıdıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər