Ümumdünya Taekvondo Federasiyasının prezidenti Parisdəki Azərbaycanın Olimpiya Evində olub
sizinxeber.az xəbər saytı

Ümumdünya Taekvondo Federasiyasının prezidenti Parisdəki Azərbaycanın Olimpiya Evində olub


Ümumdünya Taekvondo Federasiyasının prezidenti Çunq Von Çou avqustun 5-də Parisdə fəaliyyət göstərən Azərbaycanın Olimpiya Evində qonaq olub.

"Sizinxeber.az"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, qonaq burada gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyevlə görüşüb.

Görüşdə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev, müxtəlif ölkələrin nümayəndələri və digər şəxslər iştirak ediblər.

Görüş zamanı Çunq Von Çou Azərbaycanda bu idman növünün böyük inkişafa nail olmasından danışıb: “Azərbaycanda taekvondonun inkişafından çox razıyam. Sizin ölkə bizim idman növünə çox böyük diqqət və qayğı göstərir. Azərbaycan taekvondo üzrə bir çox mötəbər yarışlara ev sahibliyi edib. Sizin məktəbin yetirmələri bir çox nüfuzlu, dünya səviyyəli yarışların qalibi və mükafatçısı olub. O cümlədən Olimpiya Oyunlarının qalibi və medalçısı da olmağı bacarıb. Paris-2024 Olimpiya Oyunlarında taekvondo yarışlarından maraqlı və gərgin mübarizə gözləyirəm”.

Qeyd edək ki, Paris-2024-də taekvondo yarışları 7-10 avqust tarixlərində keçiriləcək. Ölkəmizi burada 58 kq çəki dərəcəsində Qaşım Maqomedov təmsil edəcək.

Oxşar xəbərlər

Elçin Quliyev yenidən bu federasiyanın prezidenti oldu [xfgiven_updateblue][/xfgiven_updateblue]
2023-cü ildə uğur qazanan uşuçularla görüş keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Taekvondo Federasiyasının nümayəndələri və millinin məşqçiləri Türkiyədə səs veriblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Parisdə mərasimdə Azərbaycan idmançılarının olimpiya oyunlarındakı uğurlarından danışılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Taekvondo üzrə Azərbaycan birincilikləri və çempionatı keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər