Covanni van Bronkhorst "Feyenoord"un baş məşqçisi olacaq
sizinxeber.az xəbər saytı

Covanni van Bronkhorst "Feyenoord"un baş məşqçisi olacaq


Niderlandlı mütəxəssis Covanni van Bronkhorst "Feyenoord" klubunun yeni baş məşqçisi olacaq.

"Report" ESPN-ə istinadən xəbər verir ki, təcrübəli mütəxəssisin Rotterdam təmsilçisi ilə bağlanacaq müqaviləsinin müddəti 2 il təşkil edəcək.

O bu vəzifədə Robin van Persini əvəzləyəcək. C. V. Bronkhorst 2025/2026 mövsümünü "Liverpul"da (İngiltərə) Arne Slotun məşqçilər heyətində keçirib. O, yeni klubuna həmin komandada birlikdə çalışdığı Sipke Hulşoffu da gətirəcək.

Niderland millisinin sabiq futbolçusu 2015-2019-cu illərdə də "Feyenoord"a rəhbərlik edib və 2017-ci ildə komandaya ölkə çempionluğunu qazandırıb.

Qeyd edək ki, Rotterdam təmsilçisi Erediviziyada 2025/2026 mövsümünü 2-ci pillədə başa vurub.

Oxşar xəbərlər

"Liverpul" Covanni van Bronkhorst və daha iki məşqçi ilə yolları ayırıb
Niderland millisinin sabiq futbolçusu "Liverpul"un məşqçilər korpusuna qoşulub
Van Bronkhorst: "Beşiktaş”da heyəti Samet Aybaba və klub prezidenti müəyyənləşdirirdi, mənim sözüm keçmirdi
Niderland millisinin sabiq futbolçusu Belçika klubunun baş məşqçi postundan ayrılıb
"Liverpul" İtaliya klubunun futbolçusunu heyətinə qatır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər