Növbəti köç karvanı Cəbrayılın Şükürbəyli kəndinə çatıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Növbəti köç karvanı Cəbrayılın Şükürbəyli kəndinə çatıb - YENİLƏNİB


Cəbrayıl rayonunun Şükürbəyli kəndinə yola salınan növbəti köç karvanı məntəqəyə çatıb.

"Report"un Cəbrayıla ezam olunan əməkdaşı xəbər verir ki, ailələri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəliyi və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları qarşılayıblar.

Bu mərhələdə 89 nəfərdən ibarət daha 20 ailənin Şükürbəyliyə daimi qayıdışı təmin edilib.

Böyük Qayıdış proqramı çərçivəsində Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb.

"Report"un Qarabağ bürosunun məlumatına görə, bu mərhələdə Şükürbəyliyə ümumilikdə 89 nəfərdən ibarət 20 ailə köçürülür.

Qeyd edək ki, kəndə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Oxşar xəbərlər

Cəbrayılın Şükürbəyli kəndinə daha 20 ailə yola salınıb
Şükürbəyliyə yeni köçürülən ailələrə açarlar təqdim edilib - YENİLƏNİB-2
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb
Şükürbəyliyə yola salınan köç karvanı kəndə çatıb - YENİLƏNİB
Cəbrayılın bu kəndinə növbəti köç karvanı yola salındı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər