Yardımlıda İran vətəndaşları saxlanılıb, onlardan 36 kq narkotik vasitə götürülüb
sizinxeber.az xəbər saytı

Yardımlıda İran vətəndaşları saxlanılıb, onlardan 36 kq narkotik vasitə götürülüb


Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə narkotiklərin gətirilməsini və ayrı-ayrı ünvanlara yerləşdirilməsini təşkil edən transmilli mütəşəkkil cinayətkar dəstənin üzvləri olan İran vətəndaşlarına qarşı polis əməkdaşları əməliyyat keçirib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə 26 yaşlı Hadi Fəsihi və 29 yaşlı Rza Ətai saxlanılıblar. Onlardan 36 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana,heroin və metamfetamin aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Dəstənin digər üzvlərinin və ölkə daxilində olan əlaqəli şəxslərin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.

Oxşar xəbərlər

DİN əməliyyat keçirib, 70 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb
Polis Yardımlıda əməliyyat keçirib, 20 kiloqram narkotik aşkarlanıb
Narkotiklə bağlı tutulan mütəşəkkil dəstənin daha 2 üzvündən 26 kq narkotik vasitə götürülüb
Yardımlıda narkokuryerlikdə şübhəli bilinən qohumlar saxlanılıblar
Baş İdarə əməliyyat keçirib, İrandan Azərbaycana gətirilən 61 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle