Yardımlıda narkokuryerlikdə şübhəli bilinən qohumlar saxlanılıblar
Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat həyata keçiriblər, tədbirlərlə 47 yaşlı Ceyhun Həsənov və qohumu 27 yaşlı Hüseyn Cəfərov saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, onlardan şəxsiyyəti araşdırılan İran vətəndaşından qaçaqmalçılıq yolu ilə əldə etdikləri ümumilikdə 20 kiloqram marixuana və tiryək aşkarlanıb.
Araşdırmalarla saxlanılan şəxslərin həmin narkotik vasitələri maddi qazanc qarşılığında deyiləcək ünvanlara çatdırmağa razılaşdıqları müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.
Oxşar xəbərlər
Lerikdə İran vətəndaşına narkokuryerlik etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Lerikdə narkokuryerliyə cəlb olunmuş şəxslər saxlanılıblar
Bakıya külli miqdarda narkotik gətirmək istəyən şəxslər saxlanılıblar
Füzuli sakinindən 3 kiloqram narkotik aşkarlanıb
Lerikdə saxlanılan narkokuryerdən 10 kq narkotik aşkarlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin










