Pərviz Şahbazov: "Tək bir mənbəyə, marşruta və ya bazara güvənmək dayanıqlı strategiya deyil"
Bu gün tək bir mənbəyə, marşruta və ya bazara güvənmək artıq dayanıqlı bir strategiya deyil.
"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov D-8 üzv dövlətlərinin enerji nazirlərinin I görüşündə bildirib.
Onun sözlərinə görə, artan geosiyasi gərginliklər, enerji bazarlarındakı dəyişkənlik, təchizat zəncirindəki fasilələr, elektrikləşmənin sürətlənməsi və yaşıl keçid qlobal enerji mənzərəsini əhəmiyyətli dərəcədə yenidən formalaşdırır: "Bunlar göstərir ki, tək bir mənbəyə, marşruta və ya bazara güvənmək artıq dayanıqlı bir strategiya deyil. Bu yeni geosiyasi kontekstdə enerji siyasətlərinin şaxələndirilməsi, yeni bazarlara genişlənmə və yeni tərəfdaşlıqların formalaşdırılması dövlətlərin strateji dayanıqlılığını gücləndirmək üçün vacibdir".
O qeyd edib ki, Azərbaycan neft-qazdan tutmuş elektrik və "yaşıl enerji"yə qədər regional enerji dəhlizlərini inkişaf etdirərkən enerji təhlükəsizliyi ilə enerji keçidi arasında tarazlı yanaşmanı ardıcıl olaraq həyata keçirir: "Eyni zamanda, ölkə strateji qitələrarası enerji və tranzit qovşağına çevrilir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz boru kəmərləri kimi strateji qaz dəhlizləri vasitəsilə Azərbaycan uzun müddətdir regional və Avropa enerji təhlükəsizliyində mühüm rol oynayır. Hazırda bu rolu Cənubi Qafqaz, Mərkəzi Asiya, Türkiyə və Avropa arasında yaşıl enerji dəhlizləri vasitəsilə daha da genişləndirir".
Oxşar xəbərlər
Pərviz Şahbazov: Enerji diplomatiyamızı daha geniş coğrafiyada gücləndirmək zərurəti aktuallaşır
Pərviz Şahbazov: "Azərbaycan "yaşıl enerji" təşəbbüsləri ilə yeni regional əməkdaşlıq arxitekturası formalaşdırır"
Nazir: "D-8 çərçivəsində Asiya, Yaxın Şərq və Afrika ilə enerji tərəfdaşlığını gücləndirmək imkanları yaranır"
Pərviz Şahbazov: "Bərpa olunan enerji dəhlizləri qlobal inkişafda liderlik öhdəliyimizi əks etdirir"
Pərviz Şahbazov: "Azərbaycan enerji layihələri üzrə regional əməkdaşlığı gücləndirəcək"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ İrana zərbələr endirdi
-
Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq edib
-
İlham Əliyev: Zəngəzur dəhlizi mütləq inşa ediləcək
-
Cüdoçularımız Avropa Kubokunu 5 medalla tamamladı
-
Overçuk: Ermənistanın heç vaxt Rusiya qazından başqa qazı olmayacaq
-
Pezeşkian istefa verib? - Hökumətdən açıqlama
