Neftçalada maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb - VİDEO
FHN Neftçala rayonunda maye qazdoldurma məntəqəsinin istismarını dayandırıb.
Nazirlikdən Sizinxeber.az-ya verilən məlumata görə, FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən Neftçala rayonunun Qədimkənd kəndində fəaliyyət göstərən fərdi sahibkar Leysanov Rasəf Firudin oğluna məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.
Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.
Belə ki, maye qazdoldurma məntəqəsində istismar olunan maye qaz tutumunun daxili baxışının və hidravlik sınağının keçirilmədiyi, maye qaz tutumunun üzərində quraşdırılmış qoruyucu klapanların növbəti yoxlamasının aparılmadığı, məntəqədə istismar olunan rezin parçalı qolların sınaqdan keçirilmədiyi, həmçinin qurğu və avadanlıqların torpaqlanma konturunun müqavimətinin yoxlanılmadığı müəyyən edilib.
Aşkar olunmuş nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.



alt="İran Vaşinqtonla danışıqlara başlamaq üçün əsas şərtlərini açıqladı" />
alt="Ərdoğan: Türkiyənin ən səmimi arzusu "Türk əsri"ni inşa etməsidir" />
alt="İsrail ordusu Livanın cənubunda Hizbullahın komandanlıq məntəqələrinə zərbələr endirib" />
alt="Azərbaycan vurulacaqdı, Pezeşkian mane oldu - Qəzənfəri" />
alt="BMT süni intellektin fəlakətli nəticələri barədə xəbərdarlıq edib">
alt="Deputat: "Azərbaycanda rəqəmsal dövlət xidmətləri əlverişli formada təqdim ediləcək" - RƏY">
alt=""Azərkosmos"un ixrac gəlirləri 54 %-dən çox artıb">
alt="TikTok “Cannes Lions” 2026-da yeni kreativ həllərini təqdim edib">
width="290" alt="Lənkərandan Bir Səhnə: Dəyərlərimiz Haradadır?" />
width="290" alt="Super qəhrəman tələb olunur – Rəsmi 350 manat maaş" />
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />