Ağcabədidə maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb - VİDEO
Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri çərçivəsində zəruri tədbirlərin görülməsini davam etdirir.
Belə ki, Agentliyin əməkdaşları tərəfindən Ağcabədi rayonu, Aşağı Avşar kəndi ərazisində fəaliyyət göstərən fərdi sahibkar Baxşalıyev Hüseyn Düşəri oğluna məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.
Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.
Belə ki, maye qazdoldurma məntəqəsində istismar olunan 2 ədəd təzyiq altında işləyən tutumun istismar müddətinin bitdiyi, tam texniki müayinələrin aparılmadığı, nəzarət-ölçü cihazları və qoruyucu qurğuların yoxlanılmadığı müəyyən edilib.
Aşkar olunmuş pozuntuların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb. Eyni zamanda, pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın və Agentliyin qərarının surətləri sahibkara təqdim edilib.



alt="İran Vaşinqtonla danışıqlara başlamaq üçün əsas şərtlərini açıqladı" />
alt="Ərdoğan: Türkiyənin ən səmimi arzusu "Türk əsri"ni inşa etməsidir" />
alt="İsrail ordusu Livanın cənubunda Hizbullahın komandanlıq məntəqələrinə zərbələr endirib" />
alt="Azərbaycan vurulacaqdı, Pezeşkian mane oldu - Qəzənfəri" />
alt="BMT süni intellektin fəlakətli nəticələri barədə xəbərdarlıq edib">
alt="Deputat: "Azərbaycanda rəqəmsal dövlət xidmətləri əlverişli formada təqdim ediləcək" - RƏY">
alt=""Azərkosmos"un ixrac gəlirləri 54 %-dən çox artıb">
alt="TikTok “Cannes Lions” 2026-da yeni kreativ həllərini təqdim edib">
width="290" alt="Lənkərandan Bir Səhnə: Dəyərlərimiz Haradadır?" />
width="290" alt="Super qəhrəman tələb olunur – Rəsmi 350 manat maaş" />
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />