Tovuzda maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb - VİDEO
Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir.
Nazirlikdən Sizinxeber.az-ya verilən xəbərə görə, bu çərçivədə Agentliyin əməkdaşları tərəfindən Tovuz rayonu, Əyyublu kəndi ərazisində fəaliyyət göstərən fərdi sahibkar Niyazov Əkbər Məhərrəm oğluna məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.
Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.
Belə ki, maye qazdoldurma məntəqəsində istismar olunan 2 ədəd təzyiq altında işləyən tutumun istismar müddətinin bitdiyi, tam texniki müayinələrin aparılmadığı, nəzarət-ölçü cihazları və qoruyucu qurğuların yoxlanılmadığı müəyyən edilib.
Aşkar olunmuş pozuntuların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib edilmiş aktın və qərarın surətləri sahibkara təqdim edilib.
Oxşar xəbərlər
Gədəbəydə maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb - VİDEO
FHN Tovuzda yanacaqdoldurma məntəqələrinin istismarını dayandırıb - FOTO - VİDEO
Təhlükəsizlik tələblərinə cavab verməyən liftin istismarı dayandırılıb - VİDEO
Bakıda təhlükəsizlik tələblərinə cavab verməyən liftin fəaliyyəti dayandırılıb - VİDEO
Maye qazdoldurma məntəqəsində tutumun istismarını dayandırıldı - FOTO/VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Erkən pensiya hüququ və məbləğdə artım - Prosedur necədir?
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












