"Azərkosmos"un ixrac gəlirləri 54 %-dən çox artıb
sizinxeber.az xəbər saytı

"Azərkosmos"un ixrac gəlirləri 54 %-dən çox artıb


Bu ilin yanvar-may aylarında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") 10,8 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın iyun sayında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 54,3% çoxdur.

5 ayda peyk telekommunikasiya xidmətlərini 33 ölkədən 90-a yaxın şirkət idxal edib. 1 il əvvələ nisbətən ölkələrin sayı 7 vahid azalıb. Əsas ixrac istiqamətləri Böyük Britaniya (1,8 milyon ABŞ dolları), Lüksemburq (1,3 milyon ABŞ dolları), Türkiyə (490 min ABŞ dolları), Pakistan (486 min ABŞ dolları) və İsveç (187,2 min ABŞ dolları) olub.

Hesabat dövründə "Azərkosmos"un ixrac gəlirlərinin onun ümumi gəlirlərindəki payı isə 64 %-dən 63 %-ə düşüb.

Təkcə mayda isə "Azərkosmos" 2,1 milyon ABŞ dollar dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib. Bu isə illik müqayisədə 50 % çoxdur.

Oxşar xəbərlər

“Azərkosmos”un ixrac gəlirləri 15 % azalıb
“Azərkosmos”un ixrac gəlirləri 13 %-ə yaxın azalıb
"Azərkosmos"un ixrac gəlirləri 55 %-dən çox artıb
"Azərkosmos"un ixrac gəlirləri 3 %-ə yaxın artıb
“Azərkosmos”un ixrac gəlirləri 4 %-dən çox azalıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər