BMT süni intellektin fəlakətli nəticələri barədə xəbərdarlıq edib
Süni intellekt (Sİ) texnologiyalarının sürətli inkişafı ilə onlarla bağlı risklərin idarə edilməsi üzrə effektiv mexanizmlərin olmaması arasındakı uçurum fəlakətli nəticələrə gətirib çıxara bilər.
"Report" xəbər verir ki, bu barədə BMT-nin süni intellekt üzrə müstəqil beynəlxalq elmi qrupunun ilkin hesabatında deyilir.
Hesabatda vurğulanır ki, texnologiyalar təkmilləşdikcə pis niyyətli şəxslər süni intellektdən dələduzluq, sosial mühəndislik, kiberhücumlar, dezinformasiyanın yayılması, maliyyə bazarlarının manipulyasiyası üçün, eləcə də biotexnologiyalar sahəsində istifadə edə bilərlər.
BMT ekspertləri həmçinin yüksək avtonomluğa malik Sİ sistemlərinin verilən təlimatlara dəqiqliklə əməl edəcəyinə dair elmi zəmanətlərin olmamasına da diqqət çəkirlər. Hesabata görə, laboratoriya təcrübələri zamanı tədqiqatçılar artıq bu cür sistemlərin söndürülməkdən yayınmaq üçün müəyyən edilmiş təhlükəsizlik qaydalarını pozması hallarını qeydə alıblar.
Sənəd müəllifləri qeyd edirlər ki, süni intellekt fərdiləşdirilmiş təhsilin, psixi sağlamlığa dəstək alətlərinin və assistiv texnologiyaların inkişafı sayəsində insanın imkanlarını əhəmiyyətli dərəcədə genişləndirmək qabiliyyətinə malikdir.
Bununla belə, BMT-də hesab edirlər ki, bu cür texnologiyaların təhlükəsiz tətbiqi üçün effektiv beynəlxalq tənzimləmə mexanizmləri, təhlükəsizliyin müstəqil qiymətləndirilməsi və dövlətlərin bu cür sistemləri sərbəst yoxlamaq imkanlarının genişləndirilməsi zəruridir. Əks halda, ekspertlər xəbərdarlıq edirlər ki, bərabərsizliyin güclənməsi, əhalinin həssas qruplarının istismarı, həmçinin ekspert biliklərinin və mədəni irsin tədricən itirilməsi riski mövcuddur.
Oxşar xəbərlər
Qazaxıstan və Çin süni intellekt laboratoriyasının yaradılması üzrə layihəyə başlayacaq
ABŞ və Çin liderləri süni intellekt yarışını müzakirə edə bilərlər
Kaliforniya qubernatoru süni intellektə qarşı çıxıb
Hicran Hüseynova: Süni intellektin sürətlə yayılması əqli mülkiyyətlə bağlı suallar yaradır
Azərbaycanda gömrük proseslərinin sürətləndirilməsi üçün süni intellekt tətbiq ediləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
"APA Media Group"un 4 əməkdaşı MEDİA-nın müsabiqəsində qalib olub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Həftəsonu 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
