Yevlaxda abadlaşdırılmış məhəllə Leyla Əliyevanın iştirakı ilə sakinlərin istifadəsinə verilib - FOTO
İyulun 1-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə Yevlax şəhərində abadlaşdırılmış yaşayış məhəlləsi sakinlərin istifadəsinə verilib.
Sizinxeber.az xəbər verir, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən həyata keçirilən “Sağlam məhəllə” layihəsi çərçivəsində Gənclər və İdman Nazirliyi tərəfindən məhəllədə idman zonaları yaradılıb. Ərazidə süni örtüklü mini futbol və basketbol meydançaları salınıb. Müxtəlif idman qurğuları, stolüstü tennis və şahmat masaları quraşdırılıb.
Həmçinin Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən həyətyanı sahədə söhbətgahlar, çoxsaylı oturacaqlar və yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasad və blokları təmir olunub, asfalt örtüyü, elektrik xətləri yenilənib. Həyətin ərazisində ağac, mövsümü gül, eləcə də kol bitkilərindən yaşıllıq zolağı salınıb.
Leyla Əliyeva məhəllədə aparılmış abadlıq işləri ilə tanış olub, IDEA könüllüləri ilə birlikdə mövsümi güllər əkib. Məhəllənin balaca sakinlərinə hədiyyələr təqdim olunub, onlarla şəkillər çəkdirilib.
Oxşar xəbərlər
“Bizim həyət” layihəsi çərçivəsində yenilənmiş növbəti həyət sakinlərin istifadəsinə verilib - FOTO
“Bizim həyət” layihəsi çərçivəsində yenilənmiş növbəti həyət sakinlərin istifadəsinə verilib, Leyla Əliyeva iştirak edib - FOTOLENT
Bakıda növbəti yenilənmiş həyətlər istifadəyə VERİLDİ
Səbail rayonunda növbəti yaşıl məhəllə sakinlərin istifadəsinə verilib - FOTO
Nizami rayonunda növbəti məhəllə abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"APA Media Group"un 4 əməkdaşı MEDİA-nın müsabiqəsində qalib olub
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
Həftəsonu 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
