Nazir: Azərbaycan iqtisadiyyatında çox ciddi transformasiya baş verir
Azərbaycan iqtisadiyyatında çox ciddi transformasiya baş verir.
"Sizinxeber.az-Economics" xəbər verir ki, bu barədə maliyyə naziri Sahil Babayev Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 28-ci İllik Toplantıları çərçivəsində təşkil olunan Biznes Forumunda bildirib.
"Artıq ötən ilin yekun rəqəmlərinə baxsaq, görəcəyik ki, Azərbaycan iqtisadiyyatının 71%-i qeyri-neft sahəsidir. Neft bizim inkişafımızın bir drayveri olaraq qalmaqla yanaşı, bizim qeyri-neft sektorumuz da çox sürətlə və çox geniş bir spektr üzrə inkişaf edir. Bu inkişafın təmin olunmasında, əlbəttə ki, maliyyə imkanlarının genişləndirilməsi də mühüm əhəmiyyət kəsb edir. Bir tərəfdən dövlət vəsaitləri vasitəsilə həyata keçirilən layihələr, digər tərəfdən yerli investorlarımızın öz vəsaitləri, yerli banklarımızın təqdim etdiyi maliyyə alətləri, eyni zamanda da beynəlxalq maliyyə institutlarının maliyyə vəsaitləri bu inkişafı təmin edən əsas drayverlərdən biridir", - deyə nazir qeyd edib.
Oxşar xəbərlər
Sahil Babayev: Orta Dəhliz Azərbaycanın strateji mövqeyini daha da gücləndirir
Serhat Köksal: QDTİB Azərbaycana investisiyaları artırmağa hazırdır
Bakıda QDTİB-nin Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı başlayıb
QDTİB-nin İllik Toplantısı çərçivəsində Biznes Forum keçirilir - FOTO
Bu il QDTİB-nin illik toplantısı Bakıda keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"APA Media Group"un 4 əməkdaşı MEDİA-nın müsabiqəsində qalib olub
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
Həftəsonu 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
