Sertifikasiyadan kəsilən müəllimlər üçün komissiyalar yaradılıb
sizinxeber.az xəbər saytı

Sertifikasiyadan kəsilən müəllimlər üçün komissiyalar yaradılıb


Təkrar sertifikatlaşdırılma prosesində uğur qazanmayan təhsilverənlərlə işin təşkili məqsədilə komissiyalar yaradılıb.

Bu barədə Sizinxeber.az-ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, 2026-cı ildə keçirilən təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesində uğur qazanmayan təhsilverənlərlə işin təşkili məqsədilə yaradılan komissiyalar 31 iyul tarixinə qədər Agentliyin yerli təhsili idarəetmə bölmələrində fəaliyyət göstərəcək.

Komissiyaların yaradılmasında məqsəd təkrar sertifikatlaşdırma imtahanında müvafiq keçid balını toplamayan təhsilverənlərlə işin təşkili, onların sosial statuslarının mərhələli şəkildə qiymətləndirilməsi və alternativ iş yeri ilə təmin olunmalarının araşdırılmasından ibarətdir.

Oxşar xəbərlər

Təkrar sertifikasiyadan keçməyən müəllimlər üçün komissiyalar yaradılıb
Builki sertifikatlaşdırma prosesində 2 343 nəfər müvafiq keçid balını toplamayıb
İki mindən çox müəllim sertifikasiya imtahanında keçid balını toplamayıb
Nazirlik: Attestasiyanın nəticələri ilə bağlı müraciətlər xüsusi komissiyalar tərəfindən araşdırılır         
Təkrar sertifikatlaşdırma müsahibələrində 3393 müəllim uğur qazanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər