İsrail ordusu Livanın cənubunda Hizbullahın komandanlıq məntəqələrinə zərbələr endirib
sizinxeber.az xəbər saytı

İsrail ordusu Livanın cənubunda Hizbullahın komandanlıq məntəqələrinə zərbələr endirib


İsrail Müdafiə Qüvvələri Livanın cənubunda Hizbullah hərəkatına məxsus üç komandanlıq məntəqəsinə zərbələr endirib.

AZƏRTAC İsrailin TPS-IL informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Müdafiə Qüvvələri bəyanat yayıb. Əməliyyatın Hizbullahın atəşkəs rejimini pozmasına cavab olaraq həyata keçirildiyi bildirilib. Məlumata görə, zərbələr Livanın cənubundakı Nəbatiyə və Mayfadun bölgələrində yerləşən komandanlıq məntəqələrinə endirilib.

Bəyanatda, həmçinin İsrail hərbçilərinin Hizbullahın onlara atəş açmaq üçün istifadə etdiyi raket buraxılış qurğusunu da məhv etdiyi qeyd olunub.

Oxşar xəbərlər

İsrail "Hizbullah"ın 85-dən çox obyektinə zərbələr endirib
İsrail Livanın cənubunda "Hizbullah"ın 70-dən çox obyektinə zərbələr endirib
İsrail Livanın cənubunda "Hizbullah"ın 120 hədəfini məhv edib
İsrail Ordusu Livanın cənubunda "Hizbullah"a zərbələr endirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər